Page 103 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 103
mış yaşlı həyat aşiqinin məktubları
çoxdu, daha doğrusu, tәbәssümlәrin çoxunda gözәllik MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
var. Sizin gözlәriniz mavidir, elә deyilmi? Açıq rәngli
gözlәr uzağı pis görür. Eynәk taxırsınız? Bәlkә, linza? 103
Linzanın orası pisdi ki, gözlәnilmәdәn düşür. Hәmin
vaxt tәk olanda onu utana-utana axtarmağa başlayırıq,
tәk olmayanda isә mәcburuq itirdiyimizi xәbәr verәk,
demәli, әgәr әtrafımızdakılardan kömәk almaq istә-
yiriksә, qüsurumuzdan hamı xәbәr tutmalıdı.
Mәn uşaqlıqdan uzağı yaxşı görmürәm, amma
kәnddәki uşaqların heç biri eynәk taxmadığına görә
rәhmәtlik qardaşım Teodor, mәnә eynәk almadı. Belә
baxanda haqlı idi. O vaxtlar elә hesab olunurdu ki, eynә-
yi qocalar vә şәhәrlilәr taxar, istәnilәn halda, eynәk
qüsur sayılırdı. Uşaqlıqda uzağı yaxşı görmәmәk, yaş-
laşdıqca yaxını yaxşı görmәmәklә әvәzlәnir. Siz kitab
oxuyanda eynәkdәn istifadә edirsinizmi? Mәn onsuz ra-
hatca keçinirәm vә kitabı gözümә yaxın tutsam da,
yorğunluq hiss elәmirәm, yorulsam belә, bu, gözә dәxli
olmayan psixi, zehni yorğunluqdu.
Bu şәkildә üzünüzün ifadәsindәn, jestinizdәn ilk
növbәdә Sizә xas olan şuxluğu, cavan görünüşünüzü
sezirәm. Fikirlәşirәm ki, bunu “Elanla tanışlıqda” qeyd
etmәkdә haqlısınız. Sizin kimilәrә biz tәrәflәrdә “suyu-
şirin dul” deyirlәr. Açıqda qalmış qolunuzdan, әn әsas
da boynunuzdan bәdәninizin tarımlığını hiss elәyirәm.
Mәn bunu hәr şeydәn üstün tuturam. Qadında, özü dә
yetkin qadında bu, әn başlıca şeydi. Mәn indi dәri
barәdә danışmıram. Lırt, bürüşük, şişman bәdәn qәdәr,
mәnim arıq, hәddindәn artıq әzәlәli, ya piy basmış
bәdәndәn dә xoşum gәlmir. Hәddindәn çox tüklü bә-
dәndәn, qırxılmış, ütülmüş, kәrtәnkәlә dәrisi kimi soyuq
ayaqdan da bir o qәdәr zәhlәm gedir. Qızılı, ipәk kimi
dәrisi, şaftalı kimi yumşaq, xırda tüklәri olan tarım, şux
bәdәn – bax, istәdiyim odur. Başa düşün, mәsәlә qadının
lazım olduğundan bir az kök, bir az arıq olmasında
deyil, әsas mәsәlә bәdәnin necәliyindәdi.