Page 100 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 100
Əxlaq mövzusunda mübahisәni bir kәnara qoyaq.
Sizin mәktubda üstündәn keçmәk istәmәdiyim bir
mәsәlә dә var. Mәn nә sәbәbә әndәlüslülәri sevmәmәli-
yәm? Başa düşürәm ki, әndәlüslülәr İtaliyadakı neapo-
litanlar kimi çox şux xalqdı vә әgәr vәtәnlәrindә özlәrini
axıra qәdәr açıb göstәrә bilmirlәrsә, sәbәb yalnız buna
imkanın olmamasındadır. Mәn әndәlüslülәri (xüsusәn,
qadınlarını) xoşlayıram, bircә özlәrini çox şit aparmaya-
lar. Fikrimi aydın ifadә etdiyimә әmin deyilәm. Bircә
әndәlüslülәr vur-tut bu xalqa mәnsub olduqlarına görә
özlәrini gic yerinә qoyub, hәr gün zәrbi-mәsәl, lәtifә
üyüdüb tökmәsinlәr. Belә mәzәlilik mәni әylәndirmir.
Sünilikdәn, çeynәnmiş şeylәrdәn әsәbilәşirәm. Əksinә,
mәzәli tәlәffüzü, anadangәlmә hazırcavablığı olan vә
bundan tamaşa düzәltmәyә çalışmayan sәmimi әndәlüs-
lülәr xoşuma gәlir. Görürsünüz, mәn әndәlüslülәr barә-
dә müsbәt rәydәyәm vә әslәn Sevilyadan olmanız Sizi
gözümdәn salmır, әksinә, ucaldır. Üstәlik, mәnim әn
100 yaxşı, hәtta deyәrdim, yeganә dostum Baldomero Servi-
no Qalisiyada doğulsa da, kökü Əndәlüsdәn, Kadis-
dәndi.

Kerubina mәni nahara çağırır. Söhbәtimizi başqa
vaxt davam etdirәrik. Sizdәn gözlәdiyim fotoşәkli gön-
dәrmәdiniz. Bәs nә vaxt göndәrәcәksiniz? Cavab yazın.
Daha Sizin mәktublarınız olmadan keçinә bilmirәm.

Dostcasına,
E.S.

24 iyun

Əziz dostum!
Sağ olun, sağ olun, min dәfәlәrlә sağ olun! Nәhayәt,
bu gün sәhәr şәklinizi aldım vә inanın ki, Kerubina onu
mәnә verәndәn özümdә-sözümdә deyilәm. Cüzi bir
şeyin yaşlı adamı belә hәyәcanlandıra bilәcәyinә hәtta
inanmağın gәlmir.
   95   96   97   98   99   100   101   102   103   104   105