Page 105 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 105
Altmış yaşlı həyat aşiqinin məktubları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

mәnim tәrәfimdәn, kiçik dә olsa, diqqәt göstәrilmәyә
layiqdi.

Hörmәt vә ehtiramla,
E.S.

29 iyun

Əziz dost! 105
Doğrudanmı, mәnim mәktublarımdan hәrdәn
şәkkaklıq hiss olunur? Belә fikirlәşirәm ki, saçların ağar-
ması kimi xof da qocalıqla, hәyat tәcrübәsiylә paralel
gәlir. Ancaq illәr emosional ehtiyatlarımızı tükәdәrәk,
bizi inamsız, eyni zamanda, mәrhәmәtli elәyir. Özümü
saf-çürük elәsәm, ola bilsin, Sizinlә razılaşardım. Mәn
lap uşaqlıqdan qapalı adamam, ona görә ürәyimi açma-
ğa meyilli olmamışam, adamayovuşmaz, inamsız olmu-
şam. Özümdәn soruşuram ki, bәlkә bu, necәsә normaya
uyğun gәlmәyәn, yәni hәddindәn çox hündür, ya hәd-
dindәn çox alçaq, hәddindәn çox kök, ya hәddindәn çox
arıq, demәli, komplekslәrdәn әzab çәkәn adamlara xas
qoruyucu reaksiyadı? Boyum balaca olduğuna görә bәl-
kә, mәndә aşağılıq kompleksi var? Ya artıq çәkimә görә?
Doğrudanmı, uşaqlıqdan mәn bunu özümlә gәzdirirәm?
Hәr necә olsa, mәnim inamsızlığımın tam әsası var,
çünki anadan olandan bu hәyatda ancaq iztirab çәkmi-
şәm. Öz valideynlәrimi tanımamışam. İlk on beş il әrzin-
dә cәmiyyәtin bir üzvü kimi heç kimdәn nәsә bir kömәk,
yaxınlıq görmәmişәm. Kәndimiz hesabdan deyil, o, heç
xәritәdә dә yoxdu; günlәrin bir günü yer üzündәn silin-
sә, kimsәnin tükü dә tәrpәnmәz. Sonralar paytaxtda
acgöz dükançının әlinә düşdüm; uşaq olmağıma bax-
mayıb, evlәrә bazarlıq yollamaq üçün mәni eşşәk kimi
yüklәyirdi. Sonra durduğum yerdә, üç il müharibәyә
cәlb edildim. Hәyatımı qaydaya salıb, öz nәsibimi tapıb
sevinmәk istәyәndә, kimsә ayağımın altından çәkir vә
   100   101   102   103   104   105   106   107   108   109   110