Page 106 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 106
mәn bir daha qalxmamaq üçün aşağı diyirlәnirәm. Sizcә,
hәyat tarixçәm necәdi? Bәli, mәnim yolum hamar
olmayıb. Bәlkә, bu sadaladıqlarım çoxlarının qismәtinә
düşәn müsibәtlәrdәn o qәdәr dә fәrqlәnmir, ancaq öz
günahım ucbatındandı, ya yox (bunu hәlә dә anlamı-
ram), başqalarının mәhrumiyyәtlәrә mәtanәtlә dözәn
hәyat yoldaşı mәndә olmayıb. Ailәmizin alnına yazılıb,
ya ona görә ki, heç vaxt axtarmamışam, nәdisә, mәnimlә
qismәtimi bölüşdürәsi insanı hәlә dә tapa bilmәmişәm.
Adamayovuşmazlığım bunun sәbәbidi, ya nәticәsi?
Adamayovuşmaz olduğuma görәmi hәyat yoldaşı tap-
mamışam, ya hәyat yoldaşı tapmadığıma görә adama-
yovuşmaz olmuşam? Bundan baş çıxarmaq çәtindi, bir
dә ki, keçmişi xatırlamağın nә xeyri. Belә olub, vәssalam.
Bu cür mәsәlәlәrdә mәn bir az fatalistәm. Tәqsiri kim-
dәsә axtarmaq üçün keçmişi qurdalamaq xasiyyәtimә
yaddır. İstәnilәn halda, deyilәnlәr izah elәyir ki, doğ-
106 maları saymasaq, hәyatım boyu vur-tut iki nәfәrә ürәk
qızdırmışam: uşaqlıqda Anxel Damiana, yetkin vaxtım-
da isә – qәzetdәki iş yoldaşım Baldomero Servinoya.
Anxel alicәnab, zәngin tәxәyyülü olan sadiq dostdu.
Onunla yanaşı keçirdiyim illәr ömrümün әn yaxşı illәri
olub. Uşaqlıqda sәni anlayan adama rast gәlmәk çox
vacibdi; Anxel elәlәrindәndi. Yaşa dolduqca bәlalar,
xәstәliklәr onu susqun vә xırdaçı elәdi. İndi onu araba-
kresloda gәzintiyә çıxaranda, elә olur, Kornexoya çatana
qәdәr bütün yolboyu bircә kәlmә dә danışmırıq. Bu
dünyada hәr şeyin – әşyaların da, adamların da öz döv-
ranı var, görünür, Anxel Damian öz dövranını sürüb.
Mәnim Baldomero Servino ilә dostluğum, yetkin
yaşda adamların dostluğu kimi, daha ciddi әsaslara
söykәnmişdi. Baldomero yerli deyil, Kadisdә doğulub,
sonra müxtәlif illәrdә Lerida, Albasete vә Seqoviyada İn-
formasiya Nazirliyinin şöbәlәrindә çalışıb. Amma axtar-
dığını yalnız burda tapıb: nazirlikdәki qulluğuna mane
olmayan jurnalıstliyi, arvadını vә ailәsini. “Korreo”ya