Page 111 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 111
mış yaşlı həyat aşiqinin məktubları
senyora vә bunu oğlunuza çatdırın: şirkәt mәnim tәyi- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
natıma öz razılığını bildirib). Çox namünasib vәzifә idi,
çünki mәsul katib olmadığından, işi elә tәşkil edib, bö- 111
lüşdürmәliydim ki, hәm özündәn tez çıxan tündmәcaz
Bernabenin lәyaqәtini alçaltmayam, hәm dә hamının
ixtiyarı әlimdәymiş kimi, bütün redaksiyanın kömәyinә
arxalana vә hörmәtini qazana bilәm. Hәqiqәtәn qәliz
olan bu vәziyyәtdәn şәrәflә çıxdım, çünki nәinki çәkiş-
mә vә ixtilafdan qaça bildim, üstәlik, artıq әnәnә şәklini
almış korrespondensiyanın azalmasını aradan qaldırıb,
qәzetin tirajını iyirmi faiz yüksәldәrәk, reklamın hәcmini
iki dәfә artırdım. Mәnim xidmәt dәftәrçәmә nә sözünüz,
senyora?
Vaxt keçdikcә, direktorun vәziyyәti laxlamağa
başladı, altmışıncı illәrin әvvәllәrindә mәtbuata nәzarәt
nisbәtәn zәiflәyәndә, şirkәt tәrәfindәn bircә addım
kifayәt elәdi ki, nazirliyin adamı olan – bunu etiraf
etmәliyik – vecsiz Bernabedәn birdәfәlik yaxa qurtarsın.
Mәnim direktor vәzifәsinә yüksәlmәyim indi qaçılmaz
görünürdü, çünki başqa münasib namizәd, sadәcә yox
idi. İstәnilәn qәrәzsiz seyrçi bunu etiraf edәrdi. Bununla
belә, dostum, siyasәt, naşükürlük üstün gәldi vә mәnim
Bernabe del Moralla üzdәn olan, necә deyәrlәr, dostluq
münasibәtim bütün xidmәtlәrimin üstündәn xәtt çәkib,
illәrlә ürәyimdә gәzdirdiyim arzumu hәyata keçirmәyә
qoymadı. İntәhası, o tәәssüfә layiq epizodun tәsviri çox
vaxt aparardı. Bunu başqa vaxta saxlayaq.
Artıq iki saatdı mәktub yazıram, Sizinlә söhbәt
elәyirәm, senyora vә tәsәvvür elәyin ki, nә başım, nә
bәdәnim, azca da olsa, yorğunluq hiss elәmir. Artıq
şüşәbәnddәn kölgә çәkilib, zenitdә dayanan günәş pәn-
cәrәdәn evә boylanıb, sәrv ağacından çәkilmiş döşәmә-
yә naxışlar salıb. Külәk kәsib, yaşıl vadi ağır günorta
yuxusuna gedib. Axşam tufan qalxsa, tәәccüblәnmәrәm.
İki il әvvәldәn anbarda saxladığım göyәrçinlәr hәyәtin
üstündә dövrә vururlar; vur-tut iyirmi dörd dәnә quş-