Page 113 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 113
Altmış yaşlı həyat aşiqinin məktubları

elәyir vә boynuma almalıyam ki, adınız – şәxsәn Sizә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
aidiyyәti yoxdu, – әvvәllәr xoşuma gәlmәyib, necә de-
yәrlәr, mәnә typical1 görünürdü, Kastanyet vә Əndәlüs 113
yarmarkasını xatırladırdı. Onu da gizlәtmәyәcәyәm ki,
mәn heç dә kefcil adam deyilәm vә tәntәnәli mәclislәri
xoşlamıram. Adam çox olan yerdә boğuluram. Yaxın-
larıma biganә olmasam da, yığnağı sevmirәm. Əgәr
yoxa çıxsam, mәni mitinqdәn, futboldan başqa istәdi-
yiniz yerdә axtara bilәrsiniz. Adamların bir yerә toplaş-
ması mәndә qıcıq oyadır. Kollektiv düşüncә fәlakәtdi.
Siz qәzәbli azarkeşlәrin hoydu-hoyduya götürdüyu ha-
kimi heç görmüsünüzmü? Çox alçaldıcı mәnzәrәdi!
İnsanın cәmiyyәt qarşısında acizliyi, bax burda üzә çıxır.
Belә ki, Sizin adınızda da mәn hәmişә kütlәnin, yarmar-
kanın sәsini eşidirdim. Ancaq bu gün onu yazanda içim-
dәn titrәyiş keçdi. Necә dә lәzzәtlidi! Tәzә-tәr, ilham vә
sevinc yaradan, xoşagәlmәz assosiasiyalardan uzaq bir
addı. Rosio – Sizsiniz, yalnız Sizsiniz, Siz tәrәflәrdә yüz-
lәrlә Rosio yaşasa da, üç aydı mәndәn ötrü yalnız Siz
mövcudsunuz.

Haqlısınız, mәn qadının xarici görünüşündәn çox,
bәlkә dә, hәddindәn artıq çox şey tәlәb edirәm. Mәn bu
keyfiyyәti hәr şeydәn üstün tuturam vә hansısa qadının
barәsindә “babatdı” deyәndә, yalnız onun görkәmini vә
bәdәnini nәzәrdә tuturam, bu da o demәkdi ki, biz
düşüncәli varlıqlarda ilk әvvәl heyvani instinkt özünü
büruzә verir. Bәs nә bilmişdiniz? Biz axı palçıqdan
yoğrulmuşuq. Bundan әlavә (niyә ikiüzlülük elәyim?),
Sizә әvvәl dediyim kimi, tәndürüst bәdәni qәşәng sifәt-
dәn üstün tuturam.

Ancaq Siz heç dә iltifatlı deyilsiniz; yazırsınız ki,
mәn çox şey tәlәb elәyib, әvәzindә az şey verirәm: “baş-
qalarına mәslәhәt verib, özünüzә gәlәndә bildiyinizi
elәyirsiniz”. Əzәlәlәr kinematoqrafiya tarzanlarına vә

1 Typical – tipik (ing.)
   108   109   110   111   112   113   114   115   116   117   118