Page 112 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 112
du, ancaq adamın gözünü oxşayırlar, bundan başqa,
hәrdәn öz әtcәbalalarından süfrәmә pay göndәrirlәr.
Haçansa onların dadına baxmısınız? Əzizim, göyәrçin,
hәqiqәtәn, şahanә yemәkdi, öz lәziz, şirәli sinәsiylә,
mәnә görә, kәklikdәn, qırqovuldan daha zәrif yemәkdi.
Mәrhum bacım Eloina onların gözәl hazırlanması resep-
tini bilirdi. Resepti köçürüb, elә ilk fürsәtdә bişirib da-
dına baxın: qazanın dibini örtәnә qәdәr soğan doğrayın,
hәr pay üçün bir xörәk qaşığı zeytun yağı tökün, sonra
bir diş sarımsaq vә bir az cәfәri әlavә elәyin. Ətcәbalaları
qızardın vә zәif odda dәmә qoyun, özü dә mümkünsә,
odun, ya kömürlә qalanmış odun pilәtәdә olsun. Yemә-
yin bişmәyini hәrdәn çәngәllә yoxlayın, o vaxta qәdәr
ki, çәngәl sümüyә qәdәr rahatca batsın. Süfrәyә elә qa-
pağını açmadan qazanda verin. Ən başlıcası isә: heç vaxt
su tökmәyin. Bu, kifayәt qәdәr geniş yayılmış vәrdişdi,
әtin bәrk olacağından qorxurlar. Ən pis halda, qay-
nayana qәdәr bir az sirkә әlavә elәyin. Vәssalam. Dadına
112 baxandan sonra, dünyada bundan gözәl yemәk olub-
olmadığını mәnә deyәrsiniz.

Belә uzun mәktuba görә mәni bağışlayın vә sәmimi
dost salamlarımı qәbul edin.

E.S.
P.S. Keçәn qış çәkdirdiyim şәklimi yollayıram. Bu,
mәnim sonuncu vә deyәsәn, әn yaxşı şәklimdi.

10 iyul

Əziz Rosio!
Bu günә qәdәr bir dәfә dә olsun adınızı çәkmәyә
cәsarәt etmәmişәm, onu kağıza yazmağı saymazyanalıq,
kobudluq bilmişәm; yalnız yolda gәzişib, Anxel
Damianın araba-kreslosunu sürәndә, ya şәklinizә
baxanda (boyaboy şәklinizi nә vaxt yollayacaqsınız?), ya
da haqqınızda düşünmәk üçün axşamlar evdә bir küncә
çәkilәndә öz-özümә pıçıldamışam. Vәziyyәt mәcbur
   107   108   109   110   111   112   113   114   115   116   117