Page 117 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 117
Altmış yaşlı həyat aşiqinin məktubları

20 iyul MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Əziz Rosio! 117
Bir-birimizә “sәn” deyә müraciәt etmәk tәklifin vә
göstәrdiyin sәbәb ürәyimcәdir: “Biz axı yetkin adam-
larıq, qoca deyilik”. Elәdir ki var. Biz artıq sәmimi olma-
ğa çalışırıqsa, etiraf edirәm ki, “sәn” müraciәtin mәni
hәm cavanlaşdırdı, hәm dә içimdә son dәrәcә dәrin aşi-
qanә hisslәr oyatdı. Mәktubun sonunda yazdığın “sәnin
Rosion” sözlәri isә mәhrәmlikdәn, yaxınlıqdan xәbәr
verir vә mәni son dәrәcә ümidlәndirir.
Sәnin indi tәklif etdiyini mәn elә ilk mәktubdan
demәk istәmişdim, ancaq cәsarәtim çatmamışdı. Mәn
hәmişә utancaq vә qәtiyyәtsiz olmuşam, xüsusәn dә, qa-
dınlarla. Yox, qәhrәmanlığa yaramıram. 65 yaşımda hәlә
dә qapıdan birinci keçmәyi öyrәnmәmişәm. Görünür,
indiyәcәn yaxa qurtara bilmәdiyim nәsә bir asılılıq
kompleksiylә doğulmuşam. Fikirlәşirәm ki, mәnim kimi
kәnddә doğulmuş bütün kastiliyalıların başına bu iş
gәlir. Paytaxta köçmәk, özünü tәsdiqlәmәk üçün güc
sәrf elәmәk, – bu, adamı lap әvvәldәn asılı vәziyyәtә
salır, hәtta kimlәrәsә tabe etdirir.
Mәnә görә “sәn” deyә müraciәt etmәk – qalstuku
çıxarıb, heç bir nәzakәt gözlәmәdәn sәninlә pijamada
söhbәt elәmәyә (ağlına başqa şey gәtirmә) dәvәt kimi bir
şeydi. Aramızdakı bizi sıxan şәrtlәrin yoxa çıxmasıyla,
utancaqlıq vә inamsızlıq da öz-özünә aradan qalxacaq.
Axı utancaq adam әslindә heç nәyә inanmır. O, özünә
inanmır, öz xarici görkәminә qarşı vasvasıdı, әtrafın-
dakıların hamısına şübhәylә baxır. Əl-ayağa dolaşdığını
heç vaxt hiss elәmәmisәn? Şirkәtә, kontora zorla girәn-
dә, kiminlәsә toqquşanda heç özünü yersiz hiss elәdiyin
olubmu? Cәsarәtsizlik bizi vasvası elәyir, sәmimi
olmağa qoymur vә nәticәdә qaynayıb-qarışmaq imkan-
larımızı azaldır. Bunu anlayırıq, ancaq bizi bürüyәn
qorxu hissinin öhdәsindәn gәlә bilmirik. Ah, tәki bu
qorxunun öhdәsindәn gәlmәk olaydı! Onda utancaqlıq-
   112   113   114   115   116   117   118   119   120   121   122