Page 120 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 120
mizdi. Ancaq bir var canın yana, bir dә var sui-istifadә.
Əgәr Prottonun pulu yoxdursa, yaxşı olar, sәfәrlәrdәn
vaz keçib evdә otursun. Kares çayının mәnsәbinә sәya-
hәt, heç dә ölüm-dirim mәsәlәsi deyil.

Sәndәn sәbirsizliklә xәbәr, bir dә şәkil gözlәyirәm.
Mәnim tәnha, zavallı ürәyimin hökmranı yalnız sәnsәn.

E.S.

26 iyul

İlahi, әzizim, bu sәnmisәn?! Doğrudanmı, dizlәrini

quma qoyub, әllәrini göyә açan bu şux, qayğısız qız

sәnsәn? Sәnin yarıçılpaq bәdәninә baxanda (füsunkar-

lığını iki kiçik parça örtür) başa düşürәm ki, vaxtı aldat-

maq olar. Sәnә yaşının yarısını da vermәk olmaz desәm,

incimәzsәn? İlk erotik xәyal qarşısında çaşan yeniyetmә

120 kimiyәm, eyni zamanda özümü çox qoca vә taqәtsiz hiss
elәyirәm. Moises dünәn sәnin şәklin olan mәktubu gә-

tirәndәn büsbütün hәyәcan içindәyәm. Dәrhal cavab

mәktubu yazmaq istәdim, ancaq qollarımda, bütün vü-

cudumda gözәlliyin qarşısında hey qalmamışdı. Sәn

yaşda çox az qadın bikinidә şәkil çәkdirmәyә cәsarәt

elәyәrdi. Nәzakәtsizliyә görә bağışla: bu şәkil neçә il

әvvәl çәkilib? İndicә sudan çıxmısan, doğrudu? Saçların

islanıb, alnına yapışıb, ancaq qızılı rәngini itirmәyib,

qollarından isә, başını qaldırıb baxdığın günün şüaları

altında bәrq vuran damcılar sürüşür. Boynunun arxası

kölgәdә qaldığından aydın görünmür, ancaq boynunun

bәdәnә keçidi necә zәrif, necә gözәldi! Qadının dalğalı

xәtt olduğunu desәlәr dә, kәnardan elә dә nәzәri cәlb et-

mәyәn, әslindә çox vacib olan bu zәrif keçidә heç kim

fikir vermir. Çoxlarında baş bәdәnә uyğun gәlmir, hәrәsi

bir cür baxılır. Sәndә isә, әksinә, baş bәdәnin davamıdır,

hәrәkәtlәrindә, sevinclә göyә qaldırdığın әllәrindә vә

hәr şeydә bir uyarlılıq, qız mütәnasibliyi, hәmçinin
   115   116   117   118   119   120   121   122   123   124   125