Page 116 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 116
isti-soyuğu var? Bizim ölkә seyrçilәr ölkәsidi. Özünüz
düşünün: dörd sağlam oğlan aşıb-daşan güclәrini boş
yerә sәrf edirlәr, sentyabrda isә meyvәlәri yığmaq üçün
fәhlә çatışmayacaq, hәmişәki kimi, mәhsul torpağa
tökülüb çürüyәcәk. Bu yolla biz hara gedirik?!

Sizinlә sağollaşıram. Birisigün Protto Andretti vә
artıq neçә illәrdi biz tәrәflәrdә istirahәt edәn navarralı
әr-arvad Aspiaslarla Kares çayının mәnsәbinә ikigünlük
sәyahәtә gedәcәyәm. Tez qayıdacağam. Bu kiçik әylәncә
hәr gün daha hәsrәtlә gözlәdiyim mәktubunuzu alana
qәdәr başımı qatmağa kömәk elәyәr.

Sәmimiyyәtlә,
Sizin E.S.

13 iyul

Əzizim!
116 Sizә bu mәktubu Niseriasdan, Karesin sahilindәn,

çayın üstündәki baxış meydançasından yazıram. Adama
elә gәlir, göydәn düz yerin mәrkәzinә düşüb – әtrafım-
dakı mәnzәrәnin әzәmәti belәdi. Dağ silsilәsi burada
qırılır vә xeyli uzaqlarda dumana bürünmüş yeni dağlar
başlayır. Qısa qış günlәrindә günәşin vur-tut bir neçә
saat (burda bizә üç saat olduğunu dedilәr) göründüyü
bu coğrafi xaos üzәrindә sıldırımlı Penyamelera yük-
sәlir. Sәrt zirvәlәrin bu idillik mәnzәrәyә qorxunc gör-
kәm verdiyi Puentenansa aşırımını keçib, dik yamacları,
sıldırım qayaları cürbәcür ağaclarla: fıstıq, palıd, şabalıd,
qızılağac, göyrüş, fındıqla örtülmüş, әzәmәtiylә adamı
heyrәtә gәtirәn kanyona çıxırsan... İlahi, necә bir tәbiәt
qarışıqlığı! Dәrәnin dibindәnsә çay axır. Ancaq mәnә elә
gәlir, Kares onu qәdim Avropa çaylarından fәrqlәndirәn
maviliyini, şәffaflığını itirib. Dostum, yoxsa bu da çirk-
lәnmәyin nәticәsidi?

Sizi dağlarda sevgiylә xatırlayan
E.S.
   111   112   113   114   115   116   117   118   119   120   121