Page 125 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 125
mış yaşlı həyat aşiqinin məktubları
Əzizim, artıq üç aydı mәktublaşırıq vә sәni yaxın- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
dan tanımaq, sәsini eşitmәk, yanımda hiss elәmәk istәyi
gün-gündәn artır, daha özümlә bacara bilmirәm. Axı 125
niyә hәmişә belә olmalıdı? Axı biz uşaq deyilik, Rosio.
Cismani yox, intellektual tәrәfim sәni cәlb elәyir, demә-
yinin, mәnim üçün elә dә fәrqi yoxdu; mәndә isә, xü-
susilә axırıncı şәklindәn sonra, әksinә, cismani tәrәf
öndәdi; әsas odur ki, artıq qarşılıqlı meyil mövcuddur.
Vaxtın әhәmiyyәti yoxdu, 65 yaşında yox, 19 yaşında
vaxt adama nәhayәtsiz görünür. Bu yaxın hәftәlәrdә
niyә dә görüş tәyin etmәyәk? Yerin (Madrid, Sevilya?)
mәndәn ötrü fәrqi yoxdu, vaxta gәlincә isә, әn münasibi
gәlәn ay, sentyabr, bürkülәr qurtarandan sonradır.
İstәnilәn halda mәnim mülahizәlәrim tәxminidi, çünki
sәnin seçiminә tabe olmağa hәr zaman hazıram. Bu
mәsәlә ilә bağlı qәrarını gözlәyirәm, ancaq xahiş edirәm
onu aylara-illәrә saxlamayasan.
Protto Andretti haqqında zarafat elәdiyini düşün-
sәm dә, sözlәrindә bir az mәzәmmәt duyuram. İtaliya-
lının davranışının Tarixlә (böyük hәrflә!) heç bir әlaqәsi
yoxdu. Tarix Prottoya nә ön, nә arxa qapını açıb. O isә
öz vәziyyәtindәn, öz kiçik ailә qәziyyәsindәn (kiçik
hәrflә!), şәxsi melodramasından xeyir götürmәyә çalışır.
Sәnin yumor hissin, şübhәsiz, yaxşı inkişaf elәyib, ancaq
mәnim “Korreo”ya işә girmәyimin, lap zarafatla da olsa,
italiyalının başqalarının hesabına yaşamasıyla müqa-
yisәsindәn heç dә mәmnun qalmadım. Tәkrar elәyirәm,
nә Milli qiyamda әlim var, nә dә masonlar vә kommu-
nizmlә mübarizә üçün Tribunal yaratmışam, ancaq bu,
necәliyindәn asılı olmayaraq, o vaxt qüvvәdә olan nor-
maları, qәbul etmәyimә mane olmayıb. Tarixin (böyük
hәrflә!) özü qarşımda yeni perspektivlәr açdı. Daha
ehtiyatlı siyasi baxışları olan başqa birisi, bәlkә dә, on-
lardan imtina edәrdi, ancaq niyә mәnim kimi, tәkrar
elәyirәm, әzәldәn skeptizmә meyilli vә siyasәtdәn uzaq
bir adam bunu elәmәliydi? Əzizim, Tarixin qapısını han-