Page 130 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 130
elәmәyi, әlbәttә, öyrәnәrәm. Hansı yaşda olur-olsun,
öyrәnmәk heç vaxt gec deyil.
Bu gün günorta kәnddә avqust aylarında keçirilәn
“qurbağa” oyunu üzrә çempionat başa çatdı. Bu oyunla
tanışsanmı? Çox sadәdi, vur-tut bir az sәy göstәrmәk,
bir az da cәldlik lazımdı. Mәğzi odur ki, gәrәk tostonu
(balaca qurğuşun disk) dәmir qurbağanın ağzına atasan.
Ağız böyük deyil, amma disk dörd-beş metr mәsafәdәn
atıldığından hәdәfә düşmәk çәtindi. Uşaqlıqdan müәy-
yәn qәdәr sәriştәm olduğu üçün zarafatcıl adam olan,
lazım gәlәndә katib vәzifәsini yerinә yetirәn Roqasian-
odan sonra bu il ikinci yeri tutdum. Roqasiano radioda
futbol oyununu şәrh elәyirmiş kimi, bizim oyunu mәzәli
tәrzdә şәrh elәmәyә girişir. Mәsәlәn, başlayır idman
şәrhçilәrinә xas olan tәmtәraqla danışmağa: “Hә, sen-
yorlar, gәrginlikdәn hamı quruldamağa hazırlaşdığı
vaxt, disk, nәhayәt, hәdәfә doğru uçur, ancaq suda-qu-
ruda yaşayanın dodağından geri sıçrayır vә özünü
130 hәmin qurbağa kimi şişirdәn oyunçunun, dodağını
büzmәkdәn başqa çarәsi qalmır”. Boşboğazlığı o qәdәr
mәzәlidi ki, ona qoşulub gülmәmәk olmur vә uğun-
maqdan әlim boşalmasın deyә, susması üçün hәrdәn
yalvarmalı oluram. Ümid elәyirәm ki, dostlarımı, bu
yerlәri, kәndi tanıyacağın vә Əndәlüsdәn fәrqli adәt-
lәrimizi öyrәnәcәyin gün elә dә uzaqda deyil.
Tamamilә sәnin olan
E.S.
15 avqust
Sevgilim!
Razıyam. Dediyin hәr şeylә razıyam. Mәn dә
fikirlәşirәm ki, ilk görüşümüz Sevilyada olmamalıdı.
Neytral әrazi daha yaxşıdı. Mәn söz-söhbәtә fikir verәn
adam deyilәm, ancaq sәnin kimi, dedi-qodunu, qeybәti
xoşlamıram. Ən münasib yer, yәqin ki, Madriddi. Bu