Page 132 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 132
duasız onunla yatacaq (kobud ifadәmә görә mәni ba-

ğışla, әzizim). Oğlan karıxmadı, qıza ayıq başla etiraz

elәdi, nәhayәt, hәr ikisi tәlәb etdi ki, dәmiryolçuyla mәn

fikrimizi bildirәk. Dәmiryolçu, demә, evliymiş vә bun-

dan mәmnun deyilmiş, mәnsә, tәәssüflәr ki, subaydım.

Belәliklә, oğlanın dediyi tәsdiq olundu, yәni bütün

başqa yollardan imtina elәyib, hansısa yolu seçәn insan

özünü aldadaraq tәsәvvür elәmәyә başlayır ki, seçmә-

diyi istәnilәn bir yolda indi çatışmayanları әldә elәyә

bilәrmiş.

Sәnin Madridә gәlmәyindәn danışırdıq. Tәyyarә ilә

gәlirsәn, ya qatarla? Bәs niyә oğlunla? Başa düş, Rosio,

ilk görüşümüzdә onun iştirakı bizә maneçilik yaradacaq:

әl-qolumuz bağlanacaq, ondan asılı vәziyyәtә düşә-

cәyik. Gizlәtmirәm, mәn hәmişә sәninlә göz-gözә

görüşmәyi arzulamışam, Madrid adlı basırıq biyabanda

ikimizi baş-başa görmüşәm. Özümüzü aldatmayaq, oğ-

132 lunun iştirakı hәr şeyi dәyişir, qayğı, diqqәt tәlәb elәyәn,
hәr addımımızı razılaşdıracağımız bir adam peyda olur.

Mәn sәni mәcbur elәmәk yox, vәziyyәti başa salmaq

istәyirәm. Hәr şeyi yaxşı-yaxşı düşün vә mәnә tez cavab

ver. 10 sentyabr tәklifinә necә baxırsan?

Mәni әmәlli-başlı heyrәtlәndirdin. Doğrudanmı

göyәrçinlәr xoşuna gәlmәyib? Demәk istәyirsәn ki, bu

gözәl yemәk dadsız alınıb? Əti qara, özü dә tam verir.

Sәn bunu dәlil sayırsan? Ətin qara olmasına vә tam

vermәsinә baxmayaraq, yemәk yaxşıdısa, nә dәxli?

Dovşanın da әti qaradı vә tam verir, ancaq onun çox

gözәl xörәyi olur. Dediyim kimi, altdan bir lay soğan

düzdünmü? Zәif odda dәmә qoydunmu? İnana bilmi-

rәm ki, reseptә әmәl etmәklә bişirilәn göyәrçin sәnin xo-

şuna gәlmәyә. Tәkcә elә rәng sәndә mәnfi rәy yaradırsa,

de görüm, vasvası deyilsәn ki? Mәn vasvasıyam, şorba

qabında bircә milçәk kifayәtdi ki, nә şorbanı, nә başqa

xörәyi yeyәm. Ya başqa bir misal. Mәrhum bacım Eloina

üzümün dәnәsini salxımından elә qoparırdı ki, lәti
   127   128   129   130   131   132   133   134   135   136   137