Page 127 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 127
mış yaşlı həyat aşiqinin məktubları

mәk daha mәntiqli olardı. Şәkil, nә şәkil! Kim inanardı MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ki, gün gәlәcәk, adi bir fotoşәkil ağlımı bu cür başımdan
alacaq? Amma özün şahidsәn. Harda olsam da, saatd- 127
abir kabinetә keçirәm ki, onun seyrinә dalam. Bu qәdәr
әtraflı araşdırmadan sonra deyә bilәrәm ki, nәinki bә-
dәninin harmoniyası vә elastikliyi, hәm dә sifәtinin
tәravәti mәni heyran edir. Onda qırış yoxdu, hәtta әlli
yaşdan sonra gözün yanlarında, ağızın künclәrindә
әmәlә gәlmәsi labüd olan qırışlar belә yoxdu; üstәlik,
hәlә etiraf da elәyirsәn ki, “gülәyәn” adamsan. Gülüş vә
göz yaşı üzә iz salır, әzizim, yalnız tanrılar bu qanuna
tabe deyil. Hәlә dәniz kimi göy, parıltılı gözlәrin, iti
baxışların! İllәrin bulanlıq çöküntüsü hara yoxa çıxıb?
Ən adi göz dә illәr ötdükcә әvvәl-әvvәl sozalır, sonra
sönür. Dodaqlardakı dәrin qırışlar, – bax budur tәcrü-
bәnin nәticәsi. Əzizim, görünür, sәn tәcrübәdәn mәh-
rumsan, bu da mәni mütәәssir edir, çünki sәn mәnә
sadәlövh, mәsum uşağı xatırladırsan.

Deyirsәn, şәkil Punta Umbriada çәkilib? La Ra-
bidada jurnalistlәrin konqresiylә әlaqәdar, haçansa
orada olmuşam. Çoxdan, bәlkә dә, iyirmi il olar, ancaq
hündür dayaqlar üzәrindәki komalarıyla tropik yerlәri
yada salan, hәmçinin istisi adamı qarsıyan, axşamlar isә
acgöz mığmığaların hücumuna mәruz qalan bu kәndi
dumanlı şәkildә xatırlayıram. Mәnim xatirәm gerçәyә
oxşayırmı? Sәnin tәsvir elәmәyini istәyәrdim ki, çimәr-
liyin dәqiq harasında olduğunu tәsәvvürümә gәtirә bi-
lim.

Sәhәr tezdәn özümü pis hiss elәyirdim. Bilmirdim,
sәnә bu cansıxıcı şeylәr haqqında danışım, ya yox.
Nәhayәt, qәrara gәldim ki, münasibәt qurarkәn nәlәrisә
üstüörtülü saxlamaq heç dә düzgün hәrәkәt deyil.
Əzizim, mәsәlә ondadı ki, mәn lap uşaqlıqdan dәhşәtli,
şiddәtli qәbizlikdәn әziyyәt çәkirәm. İllәr keçdikcә, xәs-
tәliyim o qәdәr güclәnib ki, heç bir tәdbir görmәsәm,
   122   123   124   125   126   127   128   129   130   131   132