Page 122 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 122
bundan utanmazdı da, halbuki yunan heykәllәri ideal

deyil. Qadına bәdәninin Milos Venerasının bәdәninә

oxşadığını söylәmәk, mәncә, miyanә komplimentdi.

Mәnә görә, Venera bir qadın kimi kökdü, beli yoğun,

döşlәri Matronanın1 döşlәri kimi iridi. Yox, o, mәnim

zövqümdә deyil. Mәnә deyin görüm, Milos Venerasının

bәdәninin elastikliyi hanı? Mәgәr elastikliyi olmayan

qadın bәdәni gözәl ola bilәrmi? Şair demişkәn: “ Yox, bu,

heç dә belә deyil, mәhz heç dә belә deyil”, – ancaq, doğ-

rudu, şair bunu başqa mәsәlә barәsindә deyib.

Mәnә elә gәlir, 65 yaşıma baxmayaraq, hәlә qadın

tanımadığımı, nәhayәt, etiraf etmәliyәm. Mәn yaraşıqlı

kişi deyilәm vә qadınların diqqәtini çәkdiyimi deyә bil-

mәrәm, bundan başqa, gәncliyimi kitab-dәftәr arasında

keçirdiyimdәn, özgә şeyә vaxtım olmayıb. Dünyanın

özü kimi qәdim bir üsul qalırdı – satılan mәhәbbәt.

Ancaq inansan da, inanmasan da deyim: bu üsula әl at-

122 mamışam, lәyaqәtli olduğuma görә yox, sadәcә pulla
alınan qadını hәvәsә gәtirmәk nәdi, du, mәnә iyrәnc

görünürdü. Bununla belә, gözüm yox deyil, hovuza

çimmәyә gedәndә, müxtәlif yaşda qadınlara göz qoyur-

dum, ona görә indi müqayisә apara bilirәm. Mәktub-

larının birindә etiraf etdiyin kimi, mәnim bu mәsәlәdә

tәlәbkarlığım elәdi ki, tәk elә gözlәrimi zillәyib baxmaq

fәrasәtimlә gözәllik yarışmasında mәndәn әla hakim

çıxardı.

Bir şeyi aydınlaşdırmaq qalır: şәkildә görünmәyәn

kürәyini nәzәrdә tuturam. Sәnin kürәyin bütöv deyil ki?

Əzizim, bu, vacib mәsәlәdi. Kürәk var düzdü, sümüklü,

asimmetrikdi; bir başqası sivri şәkildә irәli çıxıb; o birisi,

ümumiyyәtlә, әtlidi, kökdü, piylidi, heç sümük dә hiss

olunmur. Bunların heç biri bir şeyә dәymәz. Gözәl, ideal

kürәk – onurğa çökәyindәn iki yerә bölünәn, yanlarda

belә tәrәf daralan vә eyni zamanda, azca içәriyә doğru

1 Matrona – qәdim romalılarda böyük ailә anası
   117   118   119   120   121   122   123   124   125   126   127