Page 135 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 135
mış yaşlı həyat aşiqinin məktubları

güzәştlәr edilmәyә başlamışdı, mәtbuata basqı azal- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
mışdı, verilәndәn daha artığını tәlәb elәmәk axı nәyә
lazımdı? Qısası, hәqiqi әdәbi işә yaramayan senyor Al- 135
dama mәzmunsuz, mәnasız, qәrәzli jurnalistika ilә
mәşğul olmağa başladı, bu da özünü çox gözlәtmәdi:
bir-birinin ardınca nәşrә hәbslәr qoyuldu, mәtbәә kağızı
iki dәfә azaldıldı, üstәlik, iyirmi min duro cәrimә. Heç
nәdәn! İntәhası, hәlә dә anlamadığım hansı sәbәbdәnsә
yeni direktor vә onun tәrәfdarları lap әvvәldәn Şura
tәrәfindәn himayә olunurdular.

Əzizim, bütün ümidlәrimin boşa çıxmasından bәhs
edәn peşәkar fәaliyyәtimin son fәsli ümumi şәkildә
belәdi. Ona görә danışmıram ki, sәndәn tәrif eşidәm, ya
mәnә acıyasan, – istәyirәm mәni anlayasan. Federiko-
nun – sәnin oğlunun mövqeyi başqa mәsәlәdi. O gәncdi,
indiki gәnclәr isә hәr şeyi tәnqid etmәyi, bәsitlәşdirmәyi
xoşlayırlar. Tәcrübәmizdәn cavanlara paymı verәk?

Keçmişi daha qurdalamayaq, Rosio, gәlәcәkdәn da-
nışaq. Dediyim vaxt barәdә nә düşünürsәn? Əgәr sәnә
uyğun gәlmirsә, başqa gün tәyin et, hәlә vaxt var. Mәk-
tubu bitirmәmişdәn әvvәl sәnә bir etirafım var: bu gecә
erotik yuxu görmüşәm. Mәnim kimi qadından gen qa-
çan adamla belә şey yalnız uzaq yeniyetmәlik dövründә
olmuşdu. Tәfsilata varmaq istәmirәm, ancaq mürgülü
halda gördüm ki, sәn örtüyә bürünüb, mәrhum bacım
Rafaelanın özünü günә vermәyi xoşladığı evimin şüşә-
bәndindә uzanmısan. Bu örtüyә bürünәn gah sәn olur-
dun, gah o. Bir şәkildәn başqa şәklә düşmәk adamı
utandırırdı. Bu açıq-aşkar onu göstәrir ki, sәn mәnә
lazımsan. Yeri gәlmişkәn, sәnin yuxuların rәnglidi, ya
ağ-qara? Rәngli yuxular gördüyümü bu gecә anladım.
Dәrinin tunc rәngi, saçının rәngi vә büründüyün tül
örtüyün maviliyi buna şübhә yeri qoymur.

Ancaq sәninlә nәfәs alan
E.S.
   130   131   132   133   134   135   136   137   138   139   140