Page 138 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 138
nanәnin, lavandanın... Tәbiәtdә әtirli nә varsa, göyәr-
çinin әtindә cәmlәşib. Ola bilsin, bu nәfis yemәk kәndi
xoşlamadığına görә sәndә nifrәt oyadıb, ya da mәnim
tapşırığımın әksinә, әdviyyatı qarışdırmısan. Evimә qә-
dәm qoyduğun gün qolumu çırmalayıb sәnә necә la-
zımdısa, göyәrçin hazırlayacağam. Onda dadına baxıb,
xoşuna gәlib-gәlmәdiyini deyәrsәn vә mәn dә bunu
sәriştәli adamın fikri kimi qәbul elәyәrәm.
İndisә mәktublarımda kәndçi-kündçü ifadәlәrindәn
istifadә etmәmәklә bağlı xahişindәn danışaq; mәsәlәn,
ölәn ailә üzvlәrim barәdә “mәrhum”, şәhәrimizә “pay-
taxt” demәyim, ya “... ”әvәzinә “yüngüllәşmәk“ yazma-
ğım (tәәssüf edirәm, әzizim, ancaq mәn bu cür әdәbsiz
sözlәri işlәdә bilmirәm. Sәn bunları öz mәktublarında
bütün açıq-saçıqlığıyla elәyirsәn, bununla da zamanla
ayaqlaşan müasir gәnc qadın olduğunu sübut elәyirsәn).
Sәn, әlbәttә, bu mәsәlәdә haqlısan. Kәnd hәyatı belәdi,
138 xüsusәn, cavanlıqda tәsirsiz ötüşmür, adamın canına,
qanına işlәyir. Ancaq mәn bundan utanmıram, kәnd
danışığından, onun şәhәr dilinin mәhrum olduğu şirin-
liyindәn xüsusi lәzzәt alıram. Bir sözlә, o, mәni heyran
edir. Bәzi ifadәlәrin sәnә kobud görünmәsi başqa mәsә-
lәdi, intәhası, mәnә görә kobudluq bayağılıq, ya vul-
qarlıq yox, dәqiqlik vә birbaşalıqdı. Ancaq gәlәcәkdә
xoşlamadığın ifadәlәrdәn qaçmağıma bu, heç dә mane
olmayacaq. İndi mәnim hәyatımın bir mәqsәdi var: sәnә
yarınmaq.
Aldığım töhmәtlәrә baxmayaraq, yenә eyni mә-
sәlәyә qayıdıram: 10 sentyabrda Madriddә. İspaniya
meydanı tәrәfdәn Ferras küçәsinin başlanğıcında
italiyalıların işlәtdiyi kiçik “Milano” restoranına necә
baxırsan? Orda yaxşı bişirirlәr, yemәklәr tәmiz vә ucuz-
du. Sәnin başqa tәklifin yoxdusa, gündüz saat ikidә
orada görüşәk. Federiko mәsәlәsini özün hәll et. Oğlu-
nun bizimlә nahar elәmәyinin әleyhinә deyilәm. Əks