Page 143 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 143
Altmış yaşlı həyat aşiqinin məktubları
8 sentyabrda vurulan tәcili teleqram MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
SƏNİN QƏFİL KEFSİZLİYİNDƏN NARAHATAM
NÖQTƏ SƏFƏRİ TƏXİRƏ SALIRAM NÖQTƏ Nİ-
GARANAM ÖZÜN HAQQINDA MƏLUMAT VER
NÖQTƏ MƏKTUB YAZ NÖQTƏ BAĞRIMA BASIRAM
EUXENİO
8 sentyabr
Əzizim! 143
Nә olub? Bu nә qәzavü-qәdәrdi belә yolumuza
çıxıb? Bilmirәm nә fikirlәşim, nә elәyim. Sevgilim, sәnә
nә olub? Xәstәliyinin әlamәtlәri nәdir? Hәlә diaqnoz
qoymayıblar? Mәktubunu gözlәmәk mәni üzdüyündәn,
bir az başımı qatmaq üçün bu sәhәr meydana, poçt
gәtirәn reys avtobusunu qarşılamağa getdim vә mәktub
әvәzinә teleqram gәldiyinә heyrәtlәndim. Burada,
Kremanesdә teleqraf yoxdu vә mәlumat yazılmış blank
paytaxtdan adi mәktub kimi poçtla göndәrilir. Evә
çatmağı gözlәmәyib, zәrfi elә meydanda açdım. İnanar-
sanmı, ürәyim bir necә saniyә dayandı. Bu, heç ağlıma
gәlmәmişdi. Elә olub ki, bәdbәxt hadisәni qabaqcadan
deyә bilmişәm, ancaq xәstәliyi heç vaxt әvvәlcәdәn hiss
elәmәmişәm. Ona görә indi bu qәdәr üzgün vә çaş-
qınam.
Görüşümüzün tәxirә düşmәyindәn çox da narahat
olma. Bu gün әsas mәsәlә xәstәliyin ciddi olmamasıdır.
Mәnә onsuz da rahatlıq vermәyәn, bizi ayıran lәnәtә
gәlmiş mәsafә indi lap işgәncәyә dönüb. Görüm sәnin
kürәkәninin telefonlara olan nifrәti zәhrimara qalsın!
Hәr saat, hәr an sәndәn xәbәr tutmaq istәyirәm, ancaq
hara zәng edim? Sәninlә necә әlaqә yaradım? Bәli, tele-
fonların vә kalkulyatorların arasında böyüyәn indiki
uşaqlar heç vaxt ağıllı-başlı mәktub yaza, ya iki kәrә
ikinin neçә olduğunu hesablaya bilmәzlәr – bu yerdә
kürәkәninin haqlı olduğunu danmaq olmaz. Ancaq bu