Page 139 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 139
Altmış yaşlı həyat aşiqinin məktubları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

tәqdirdә, onunla bir az gec, mehmanxanada tanış ola-
ram. Tәsәvvür elәyirsәn ki, bizim görüşümüzә iyirmi
gün qalıb? Mәn bu görüşü gözlәdiyim qәdәr dә, ondan
qorxuram. Mәn dә maşınla gәlәcәyәm, amma benzinin
indiki qiymәtindә bu qәdәr yolu tәk gәlmәk, sadәcә,
bәdxәrclikdi.

Tezliklә görüşәnәdәk, sevgilim. Hörmәt vә ehtiramla,
E.S.

5 sentyabr

Sevgilim mәnim! 139
Hә, dindar olmasam da, әslindә özümü inanclı
adam hesab edirәm. Burda, qәdim Kastiliya kәndlәrindә
qarabuğdayı doğulduğun kimi, dindar da doğulursan,
hәr şey mühitdәn irәli gәlir. Bir az da dәrinә getsәk, mәr-
hum dayım Fermina Barukedәn savayı Kremanesdә, bir
nәfәr dә olsun, aqnostikә rast gәlmәmişәm. Hәtta mü-
hacirәt etmiş adamlar da yaydan-yaya kәndә gәlәndә,
şәhәrdәki dünyәvi hәyat tәrzlәrinә baxmayaraq, kilsәyә
gedirlәr. Bunu etiqadlı olduqlarından çox, adәt-әnәnә
xatirinә edirlәr, ancaq buna da şükür. Bizim savadsız ca-
maatdan bundan artığını ummaq da olmaz. Soruşursan
ki, evtanaziya1 tәrәfdarıyammı, intiharı çıxış yolu kimi
qәbul edirәmmi? Nә onu, nә bunu qәbul etmirәm, evta-
naziyaya gәlincә isә, indi bir xoşagәlmәz mәqam ortaya
çıxıb: cihaz. Qoşmaq, ya qoşmamaq, mәsәlә bundadı.
Əzizim, mәn texnikanın möcüzәsinә inanmıram, ona
görә qaçılmaz canvermәni süni vasitәlәrlә uzatmağın
tәrәfdarı deyilәm. Vәssalam. İntihara gәlincә, çәtin ki,
hansısa bәdbәxtlik iztirablara, insanların nankorluğuna
öyrәşmiş mәnim kimi adamı, hәyatla üzülüşmәyә vadar

1 Evtanaziya – həyatdan könüllü getmək
   134   135   136   137   138   139   140   141   142   143   144