Page 140 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 140
elәyә. Mәncә, hәr şeyi әvvәlcәdәn ölçüb-biçib intihar
elәyәn adamda nәsә bir düşgünlük olur, özünә nәzarәt
elәyә bilmir, bu sәbәbdәn dә acizlәşir, mәsuliyyәt hissini
itirir. Soyuqqanlı, şüurlu intihar olmur. Sәbәb yalnız
ağlın başdan çıxmasıdı. Amma bu haqda niyә yazırsan,
sevgilim, niyә sәni belә fikirlәr narahat elәyir? Mәqsәdin
nәdi?
Mәn özüm başımı dini suallarla yormuram.
Uşaqlıqdan dini tәlim almışam vә әxlaq qaydalarını
pozmamağımla fәxr elәyirәm. Özümü vicdanlı adam
sayıram. Əksini desәm, yalan danışmış olardım. Bәs
şübhә? Dinә aid olan şeylәrә kimdә şübhә oyanmır ki?
Sәn bizi sirr qarşısında qoyaraq, kor-koranә Tanrıya
inanmağımızı istәyirsәn? Mәsәlәn, Foma, ya İsanın
Emmausdakı iki şagirdi kimi, mәnim dә inancımın
möhkәmlәnmәsi üçün imkanım olubmu? Onlar, әzizim,
zühur etmiş İsanı görüblәr, Foma isә hәtta barmaqlarını
140 onun mismar çalınmış ovuclarına toxundurub, әlini
onun qabırğasındakı yaraya qoyub. Mәgәr onlar İsanın
ilahiliyinә şübhә elәyә bilәrdilәrmi? Çörәk vә balıqla
doyuzdurulan kütlә, ya dirilmiş Lazar haqda da bunu
demәk olar. O möcüzәlәrә şahidlik edәnlәrin düşüncә-
lәrini vә әmәllәrini bizim ölçülәrlә dәyәrlәndirmәk
olarmı? Etiqadına görә hamıya eyni cür haqq vermәk
әdalәtlidirmi? Möcüzәyә tamaşa etmiş adamın etiqa-
dımı daha güclüdür? Əgәr etiqad, görmәdiyini hәqiqәt
kimi qәbul elәmәkdirsә, onda yeganә, hәtta deyәrdim,
hәqiqi etiqad heç dә görәnlәrin yox, bizim etiqadımızdı.
Mәnimlә razısanmı? Belә suallar nә qәdәr desәn yaranır.
Rәfiqәn haqqında danışdığın mәni heç dә tәәccüb-
lәndirmir. Adamda dinlә patologiyanın toqquşduğuna
mәn dә tәsadüf elәmişәm. Uzağa getmәk nәyә lazım, elә
götürәk Baldomeronun Qranadadan olan bacısı Rosario
Servinonu. Ərә gedәndәn az sonra beyninә yerlәşdir-
mişdi ki, guya Dәccaldı, o vaxtdan yazıq qadın havalı
kimi gәzirdi, hәtta әrilә danışmaqdan da qaçırdı. Bir