Page 145 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 145
mış yaşlı həyat aşiqinin məktubları

bәnna Ramon Nonato mәni görәndә, hәtta ayağını MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
saxlayıb soruşdu: “Nәdi, Euxenio, pis xәbәr var?” Mәn
dilimi sürüyüb, qәhvә içmәk üçün bara tәrәf getdim. 145
Qәhvәni çox sevirәm, amma mәni çox hәyәcanlandırır.
Maraqlıdı, mәnim müәyyәn narkotiklәrә olan yüksәk
hәssaslığım bәzilәrinә, mәsәlәn, tütünә aid deyil. Hәr
gün üç siqar çәkirәm, әlbәttә, qiymәti ucuz olsun deyә,
firma malı yox, adi siqarlardan, buna baxmayaraq, elә
lәzzәtlә sümürürәm, sanki әsl “Montekristo”du. Hәrdәn
o qәdәr hәzz alıram ki, siqarın kötüyünü diş çöpünә, ya
sancağa keçirib, aldığım bir neçә qullabı da qәnimәt
bilirәm. Siqar başımda xoş xәyallar oyadır, dad vәzi-
lәrimi qıdıqlayan tüstü isә, demәk olar, mәni nәşәlәn-
dirir. Siqarı mәmnuniyyәtlә çәkirәm vә tütün mәnә
ziyan elәmir. Bir neçә dәqiqәdәn sonra elә bilirәm heç
çәkmәmişәm. Tәbii ki, tüstünü ciyәrlәrimә almıram.
Tüstünü içәri çәkmәk vulqarlıqdı, bu, necәsә gönü-
qalınlıqdan xәbәr verir. Tüstünü içәri alanlar özlәrini
tәcrübәli siqar çәkәnlәrdәn hesab elәyir, әslindә isә
çәkmәyi bacarmırlar. Tütünün tәbii olaraq tamını hiss
etmәdiklәrindәn, bәdәndә tamamilә başqa işi görәn
bronxları buna vәrdiş elәtdirirlәr. Bununla belә, saysız-
hesabsız siqar çәkәnlәr hesab elәyirlәr ki, tüstünü
ağızda saxlamaq – çәkmәk deyil, anonizm kimi özünü
aldatmaqdı.

Mәn çәkmәyi burda – kәnddә öyrәnmişәm, cismani
lәzzәt almaq üçünsә kәnddәn yaxşı yer olmadığına
şübhә yoxdu. Nә vaxt ki, nahardan sonra özümü televi-
zorun qarşısındakı kresloya yıxıb, budlarımı şәrflә
bükürәm vә daha artıq mәmnunluq üçün alma şirәsinә
batırdığım siqarı dişlәrimlә sıxıram, – oluram göyün
yeddinci qatında. Tütün әsәblәrimә yalnız sakitlәşdirici
tәsir elәyir, mәnә yuxu gәtirir. Bәzi axşamlar ekrana
baxa-baxa, siqardan qullab vura-vura tәsvir gözümdә
yayılmağa başlayır, dialoqlar arasında әlaqә itir vә
birdәn dәrin yuxuya gedirәm. Yuxu bir neçә dәqiqә
   140   141   142   143   144   145   146   147   148   149   150