Page 148 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 148
çox ağırdı, amma enerjini cilovlamalısan. Bu, ölümcül
deyil, yoxsa bir ay әvәzinә üç-dörd ay yataqda qalmalı
olarsan. Vәziyyәt ciddidi. Ancaq tam dinclik şәraitindә
vә lazımi qidalanma rejiminә әmәl etmәklә fәsadlar
tәdricәn aradan qalxar vә orqanizm normaya düşәr.
Vaxtaşırı qan analizi verirsәnmi? Mәn ona dözә
bilmәzdim. Düşünmәk belә dәhşәtlidir ki, bәdәnim,
saçlarımın ucuna qәdәr gәlib çatan bütöv bir suvarma
qan şәbәkәsi infrastrukturasının sayәsindә yaşayır.
Bütün klapanların pozulmadan işlәmәsi, damarların
(onların bәzisi sap kimi nazikdi) tutulmaması mәnә әsl
möcüzә kimi görünür. Ancaq tәsәvvürünә gәtir ki,
tamamilә yad bir adam orqanizmin işinә qarışır, rezinlә
sıxıb venamı şişirdir, ona iynә soxub, hәşәrat kimi
qanımı sorur – bircә elә bunu fikirlәşәndә, az qalır ürә-
yim getsin.
Petriylә olan münasibәtimi, qoy sәnә izah elәyim:
148 onunla evlәnmәmәyim heç dә o sәbәbdәn olmayıb ki,
mәrhum bacım Eloina mәnim azadlığımın keşiyindә
durmuşdu. Özünü qurban vermiş Eloinaya bu yolla
naşükürlük elәyәcәyim qorxusuna görә dә deyildi. Ba-
laca Petriylә aramızda bacımın tәcrübәsi sayәsindә
sәrhәdi keçmәyәn mәsum bir vurğunluq varıydı. Rosio,
nikah vә subaylıq vәrdiş mәsәlәsindәn başqa bir şey
deyil. Ona görә, mәncә, yeganә möhkәm nikah – islaho-
lunmaz subay evlәnәndә olur. Niyә? Çox sadә. Köhnә
vәrdişlәri tәrgitmәk üçün çox vacib sәbәblәr olmalıdı.
Əgәr islaholunmaz subay müstәqilliyә vә xudbinliyә
әsaslanan öz әvvәlki hәyat tәrzini birdәn dәyişirsә,
demәli, onun üçün hәr şeydәn vacib, özündәn dә vacib
kiminsә olmasıdı. Hansı sәbәblәrin sәnә olan sevgimin
gücündәn danışmağa mәni mәcbur etdiyini indi başa
düşürsәnmi? Petri, әyri-üyrü dişlәri olan bu dәmdәmәki
kukla indiki hisslәri heç vaxt mәndә oyatmayıb, bu isә
indiyәcәn heç vaxt sevmәdiyimin etirafına bәrabәrdi.