Page 152 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 152
üçün yenidәn doğulmaq olarmı? Mәnә hansı әcaib cöv-
hәri içirtmisәn ki, sinәmdә bu gәnclik hәvәsini alış-
dırmağı bacarmısan?

Sәnә bir şey tәklif elәmәk istәyirәm, özü dә razı-
laşacağına bәribaşdan ümidliyәm. 25-dә Ay bәdirlәnә-
cәk. Gәl Motsartın “Kiçik gecә serenadası”na qulaq
asa-asa, eyni vaxtda Aya baxaq. Bir-birimizi düşünәrәk,
hәyәcanlı bir neçә dәqiqә keçirәk. Vaxtı sәhv salmamaq
üçün, Milli radionun xәbәrlәr buraxılışına әsaslanaq.
Razısan? Cavab yaz.

Sәnin
E.S.

17 sentyabr

Əzizim!

152 Sәnin әsәbi yazdığın mәktubu indicә almışam.
Mәndә bu nә qabiliyyәtdi ki, sәni hәmişә özündәn

çıxarıram? Mәn kobudam, yoxsa sәn hәr şeyә irad tu-

tansan? Bәlkә, ikisi dә var? Dostum Onesimo Navas

deyir ki, evlilikdә xaraktercә nә hәddindәn artıq yaxın-

lıq, nә fәrq arzuolunan deyil. Yәni evlilik onda yaxşıdı

ki, tәmas nöqtәsi kimi, fikir ayrılığı da mövcuddur.

Birinci, birgә hәyatı qidalandırır, ikincinin sayәsindә isә

ünsiyyәtә hәvәslәndirәn mübahisәlәr üçün mövzu

tapılır. Çox ağıllı nәzәriyyәdi, onu tәsdiqlәmәk üçün

Baldomero hәmişә öz evliliyini misal çәkir. Əslindә

arvadı Esperanse mülayim, ancaq qapalı vә bәdbindi.

Baldomero isә әsl әndәlüslü kimi onun tam әksi – qızğın,

ruhdan düşmәyәn, şәn bir adamdı. Baldomero Esper-

ansenin cәmiyyәt arasına çıxmasına, adamlarla ümumi

dil tapmasına kömәk elәdi, özü isә arvadının sayәsindә

xasiyyәtini cilovlamağı, hәddini aşmamağı öyrәndi.

Dostluqda da onun kimi. Baldomero ilә bizi bir-birimizә

bir çox mәsәlәlәrdәki oxşarlıqdan çox, fikir ayrılıqları
   147   148   149   150   151   152   153   154   155   156   157