Page 157 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 157
mış yaşlı həyat aşiqinin məktubları

at tәzәyilә gübrәlәnәn, zәhәrli kimyәvi maddә görmә- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yәn kartof, müharibәdәn әvvәlkinin dadını verir. Şәkәr
çuğunduru bu il xırda oldu, amma iridәn daha şirindi. 157
Qırmızı çuğunduru bişirib (tәkcә rәngi nәyә desәn
dәyәr), ona yağ, sirkә qatırsan, bir çimdik dә duz atırsan,
dadından doymaq olmur. Heç hazırlamısanmı? Fikrin
necәdi?

Ancaq bilmirәm paxlanı – biz ona yaşıl lobya deyi-
rik – neylәyim. Vur-tut sәkkiz lәk әkmişdim, di gәl,
verdiyi mәhsulla indi bütöv bir alayı yedirtmәk olar.
Çaşıb onlara artıq çürümüş qoca qovaqdan dayaq
qoymuşdum, külәk, demәk olar, hamısını vurub yıxdı,
indi oralar keçilmәz meşәyә dönüb. Hәr tәrәfdәn sal-
lanan lobyaları ovuc-ovuc yığıram, elә bil adamın gözü-
nün önündәcә yenidәn bitir. Mәnә çox olduğundan –
burda isә hamının bostanı var – dünәn bir kisә Bal-
domeraya yolladım; o, lobyanı xoşlayır, üstәlik dә, kül-
fәti böyükdü.

Sevgilim, mәnim qızılgül kollarımı görmәyin üçün
çox şeydәn keçәrdim! Qızılgül vә kalendula – başqa gül
әkmirәm, gözümü sevindirmәk üçün çöl çiçәklәri bә-
simdi. Amma qızılgüllәr açanda iki göz lazımdı tama-
şasına. Hamısı birdәn, topa-topa açmağa başlayır, elә an
gәlib çatır ki, kolun üstündә yarpaqdan çox gül olur.
Heyif ki, çox çәkmir, ancaq bütün yay әrzindә, әn azı iki
dәfә çiçәklәmә olursa, bir-iki hәftәni çıxmaq şәrtilә
kolların üstündә hәmişә qızılgül olur. Dünәn iki qәşәng
qönçә qoparıb, aşıb-daşan duyğularımın kiçicik bir
әlamәti kimi, stәkanda komodun üstündәki şәklinin
(nәvәni qıdıqladığın şәkli nәzәrdә tuturam, çünki çimәr-
likdәki şәklin ev qulluqçum Kerubinanın qınağına tuş
gәlә bilәrdi, bunu da mәn istәmirәm) qarşısına qoydum.

Eşqim mәnim, transaminazanı nәzarәtdә saxla.
Mәnim isә yenә turşuluğum artıb. Birisigün “görüşәnә”
qәdәr. Əllәrindәn öpürәm.

E.S.
   152   153   154   155   156   157   158   159   160   161   162