Page 160 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 160
Mәn mәhv olmuşam, Rosio. Ürәyә kәdәr hakim
olanda, günәşin Kremanesdә qürubu matәmi xatırladır.
Adamlar sadәlövhcәsinә “günәş batdı” deyirlәr, ancaq
heç kim, sözün әsl mәnasında onun batdığını görmәyib.
Tәkcә mәn, әzizim, hәr axşam onun Piko-Altunanın ar-
xasında necә batdığını, sıldırım qayaların onu necә gә-
mirdiyini vә bir neçә saniyәnin içindә onu tamam udub,
mәni ümidsizlik içindә qoyduğunu görürәm. Ruh
düşkünlüyüylә baxdığım bu mәnzәrә mәnә cansıxıcı, az
qala dözülmәz gәlir. Üstәlik, bütün müsibәtlәrә rәğmәn,
mәdә turşuluğu da bir yandan mәnә amansızcasına әzab
verir.

Sәni sevәn bәxtsiz dostun
E.S.

30 sentyabr

160 Əzizim!
Axırıncı mәktubuma görә bağışla. Heç kimin haqqı

yoxdu kimdәnsә zorla sevgi istәyә. Sevgi ya var, ya yox,

onu özündәn uydura, yalandan göstәrә bilmәzsәn. Öz

acığını (başa düşülmәdiyinә görә) sevgilisindәn çıxan

mәşuq, – ağlamalı mәnzәrәdi. Nәsә, hәr şeyi olduğu

kimi qәbul elәyәk.

Ümidsizliyә qapılmamaq üçün bu günlәri fiziki

mәşğәlәlәrә hәsr elәmişәm. Dünәn Anxel Damiananın

araba-kreslosu ilә Kornexoya qәdәr gedib çıxdıq, bu gün

axşam, şam yemәyindәn әvvәl Prottoyla onun göyәrçin

damını sığırçınlardan tәmizlәdik. On beş il әvvәl üzünü

dә görmәdiyimiz bu quşlar, indi buraların әsl bәlasına

çevrilib. Köhnә zamanlar qırğılar onların qәnimiydi,

ancaq indi sığırçınlar sәrhәd-zad tanımır, çünki sәrhәdi

qoruyan yoxdu. Əvvәllәr yolun üstündәki cökәlәrin,

şabalıdların başında yuva quran bu qırğılar hara yoxa

çıxdılar? Heç kim bilmir. Bugünlәrdә taxıl anbarını

tәmizlәmәk üçün Ramon Nonatonu çağıracağam.
   155   156   157   158   159   160   161   162   163   164   165