Page 164 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 164
hökmlü idi, Rafaela isә möhkәm xarakterli olsa da,
üzüyola vә mәrhәmәtliydi.

Xudahafiz, sevgilim. Sәbirsizliklә sәndәn xәbәr
gözlәyirәm. Mәdәmdәn od püskürür, ancaq ürәyimi
yandıran alov ondan da hәrarәtlidi.

Sәnin
E.S.

8 oktyabr

Sevgilim!

Sәn zarafat elәyirsәn? Bu, doğrudurmu? Doğru-

danmı xәstәxanadan çıxmısan? Necә ola bilәr ki, cәmi-

cümlәtanı üç hәftәnin içindә hepatit kimi uzunsürәn,

qәliz xәstәliyin öhdәsindәn gәlә bilmisәn? Tanrıya

şükürlәr olsun! Demәli, transaminaza normaya düşüb,

164 çünki göstәrici odur, son söz hәkimin yox, onundur. Lap
yaxşı, bu xәbәri sevinclә qarşılayaq, әzizim, ancaq gәl

ehtiyatı әldәn vermәyәk; tәlәsmәk lazım deyil. Hәkimin

icazәsini sözbәsöz qәbul elәmә; hәr şey ye, amma hәd-

dindә. Yağlı yemәklәrdәn qaç. Arıqlamamısan? Bu xәs-

tәlik, adәtәn, adamı arıqladır; istirahәt duzsuz pәhrizin

әvәzini vermir. Yaddaşım mәni aldatmırsa, mәrhum

bacım Rafaela xәstәlәnәndә dörd kilo itirmişdi. Doğru-

du, o, yataqda daha çox qalmışdı.

Mәktubunun biganә, soyuqqanlı tonu mәni

tәәccüblәndirir. Sağalmağın barәdә adi bir hadisәdәn

danışırmış kimi yazırsan. Yәqin, hepatit sәni gücdәn

salıb. Belә hallarda, adәtәn, aşağı әtrafın әzәlәlәri

zәiflәyir, boşalır, ancaq onların bәrpası tez, bir neçә

günün içindә olur. Buna baxmayaraq, 15-dә Madriddә

görüşmәk qәrarın, mәnә elә gәlir, bir az tәlәsik qәrardı.

Yola dözә bilәcәksәnmi? Sәni tanımaq, sәninlә söhbәt

elәmәk istәyilә alışıb-yanıram, ancaq bir-iki hәftә

gözlәmәk yaxşı olmazmı? Gözәl bilirsәn ki, görüşü
   159   160   161   162   163   164   165   166   167   168   169