Page 168 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 168
sübut isә Sizin әl verәndә soyuq davranışınızdı. Yenә sa-

yımmı? Açığını desәm, bir az qәtiyyәtli olsaydıq, gәrәk

elә onda görüşümüzә xitam verәydik. Ancaq bizdә cәsa-

rәt çatışmadı, bunu da qismәn başa düşmәk olar. İnsan

hәmişә nәyәsә ümid elәyir, fikirlәşir ki, bu soyuqluğun

ömrü, ola bilsin, qısadı, bir az sәbir elәsә, hәr şey

qaydasına düşә bilәr. Boş xәyallardı! Bizim görüşümüz

uğursuzluğa mәhkumdu; Sizin rәdd cavabınız, görünür,

әvvәlcәdәn hazır idi. Sonra taksidә qәsdәn ara-lı

oturmağınız, başağrısını bәhanә elәyib Retiroya getmәk-

dәn boyun qaçırmağınız, elә ilk gecә qatarıyla Sevilyaya

qayıtmaq istәmәyiniz... Yenә saymağa dәyәrmi?

Mәnim şikayәtlәnmәyә haqqım yoxdu, senyora.

Hәyatda belә şeylәr hәr addımbaşı olur. Yarım il әrzindә

mәktubla müntәzәm olaraq davam etdirilәn aşiqanә

münasibәt, elә ilk görüşdәcә puç olub gedir. Bu da olan

şeydi. Ancaq içimi sızıldadan belә bir qәnaәt var ki,

168 mәnim әvәzimә Sizi dünyanın әn gözәl kişisi dә gözlә-
sәydi, yenә özünüzü bu cür aparacaqdınız. Bir sözlә,

senyora, mәnim dәrk elәyә bilmәdiyim sәbәblәrә görә,

bizim gәlәcәyimiz artıq doğulmamışdan әvvәl ölüydü.

Niyә axı? Nә vaxtdan? Nә üçün? Mәni üzәn bu suallarla

baş-başa qalmışam. Bundan başqa, әgәr hәr şey mәhz

belәydisә, әgәr, bәdbәxtlikdәn, hәr şey belәdirsә, zәhmәt

olmasa, deyin, bizim әlaqәmizin üzülmәsinә bu cür

çirkin tәrzdә yanaşmaq nәyә lazım? Bu acı kinayәniz,

atmacalarınız nәyә lazım? Bütün bunların arxasında

günahını hiss elәyib, özünü tәmizә çıxartmaq istәyi dur-

mur ki? Deyirsiniz, mәn yaxşı cәhәtlәrimlә fәrqlәn-

mirәm, ancaq hansı cәhәtlәrimlә – fiziki, ya mәnәvi?

Mәn iddialı gonbulcuğazam, ancaq mәnim nәyә iddiam

olub? Möhtәrәm senyora, bütün yazışma boyu Sizi

özümә arvad elәmәkdәn savayı nә iddiam olub ki? Mәn

ikiüzlü vә yalançıyam, – ancaq boyumun bir metr altmış

yox, bir metr әlli sәkkiz olduğuna, ya şәkil çәkdirәndә

iki santimetr artıq görsәnmәk üçün xırda bir biclik
   163   164   165   166   167   168   169   170   171   172   173