Page 163 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 163
mış yaşlı həyat aşiqinin məktubları
ki, sәn pillәkәnin ayağında durub gülümsәyә-gülüm- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
sәyә, danışa-danışa mәnim yuxarıdan tulladığım alma-
ları әtәyinlә tutursan. Ah, necә xoş, adamın könlünü 163
riqqәtә gәtirәn mәnzәrәdir! Belәcә, özüm dә hiss et-
mәdәn, hәrәsindә iyirmi kiloqram olmaqla, beş sәbәt
alma yığdım. Əgәr uzaqda yaşamasaydın, sәnә bir yeşık
göndәrәrdim, ancaq alma tez xarab olandı, daşınması
çәtindi, güman ki, Sevilyaya bir dәnә dә salamatı gedib
çıxmaz. Ancaq sәn hәlә onların dadına baxacaqsan.
Mәnә görә belә saf, әtirli almaların İspaniyada tayı-
bәrabәri yoxdu vә әgәr onlar mәşhur deyilsә, bu, biz
kastiliyalılarda iki mühüm keyfiyyәtin: kooperativlәş-
mәk bacarığının vә ticarәtçi damarının olmamasıdı.
Son mәktubunu tәkrar oxuyuram. Heç cür demәz-
sәn ki, yataqda yazırsan. Xәstәlik, xәttini heç dәyiş-
mәyib. Sәn necә yazırsan? İnanımmı ki, evdәkilәrdәn
gizlin yataqdan qalxmırsan? Lazım deyil, әzizim. Sağ-
lamlıq mәktublaşmaqdan vacibdi... Yazdığın “p” vә “y”
hәrflәrindә xәtlәrin düzlüyünә fikir vermisәnmi? Sәnә
bir sirr açım: mәn bir az qrafoloqam. Bu sahәdә ilk bil-
gini redaksiyanın rәhbәrliyindәki sәlәfim vә әsl sәnәtkar
don Prosper Mediavildәn almışam. Sәnin xasiyyәtinin
necә olduğunu desәm, mәndәn incimәzsәn? Yox, gülmә,
qrafologiya ciddi şeydi, әmәlli-başlı elmdi; çoxlarının
xәbәri yoxdu ki, sәhifәni yazıb dolduranda, bilavasitә öz
mahiyyәtlәrini açıb göstәrmәklә ifşa olunurlar (tәbii ki,
ruhi cәhәtdәn). Əzizim, sәnin xәttinin xüsusiyyәtindәn
belә nәticә çıxarıram ki, sәn özünә güvәnәn, hәssas,
qәtiyyәtli vә möhkәm xarakterli qadınsan. Unudulmaz
don Prosper daha çox şey deyәrdi, ancaq mәn adi bir
şagird kimi yalnız bunları deyә bilәrәm. Bunlar ümumi
sözlәr olsa da, hәr halda, xoşagәlәndi. Özünә güvәnәn,
hәssas, qәtiyyәtli qadınlar mәnim xoşuma gәlir. Möh-
kәm xarakterә gәlincә, dәrәcәsindәn asılıdı. Külәyün
oynatdığı yarpaq kimi hәr tәrәfә әsәn adamlardan xo-
şum gәlmir, ancaq çox hökmlü olanlar da mәni әsәbi-
lәşdirir. Mәrhum bacım Eloina işinin çoxluğundan