Page 159 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 159
Altmış yaşlı həyat aşiqinin məktubları

28 sentyabr MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sevgilim! 159
Sәnin bugünkü mәktubun mәnim üçün çox
gözlәnilmәz oldu. Mәcburam sәnin telepatiyaya kor-
koranә inamını şübhә altına alam. Sәn belә şeyi necә
unuda bilirsәn? Başa düşürәm ki, böyük şәhәrin qaynar
hәyatı, ailә qayğıları sәnin hәyatını mәnim guşәnişin-
liyimdәn xeyli fәrqlәndirir. Bununla belә, gәtirdiyin
sәbәb inandırıcı deyil: guya “Böyük әsәrlәr” proqramı
saat birdә qurtarıb vә sәnin yadına düşәndә, “görüş”
vaxtımız artıq çoxdan ötübmüş. Bu “görüş” sәnin üçün
bu qәdәrmi әhәmiyyәtsizmiş, Rosio? Başa düşürәm ki,
tam rahatlıq vacib olan sәn vәziyyәtdә adam üçün
musiqi, kitab, televiziya yeganә әylәncәdi, ancaq öz
müstәsnalığına görә bizim romantik “görüş” heç cür
yaddan çıxa bilmәzdi. Bağışla, әlbәttә, mәn xudbinliyin,
hәdsiz-hüdudsuz sevgimin tәsiriylә öz әvәzimdәn
danışıram vә bunu sәndәn dә tәlәb etmәyә haqqım
yoxdu. Artıq neçә hәftәdi mәnim bütün işlәrimin
iştirakçısısan, hәr saat sәni düşünürәm, sәndәn ötrü dәli-
divanәyәm vә o “görüş” mәni vәcdә gәtirmişdi. Bu gün
isә sәnin çox әdәbli üzrxahlığını oxuyuram vә hәr şey
bir anda alt-üst olur. Yalanın viran qoyduğu “görü-
şümüz” xәyala döndü. Daha doğrusu, bu “görüş”, sadә-
cә olmayıb, çünki sәn... onu unutmusan. Doğrudanmı
bunu mәnә xәbәr vermәk üçün daha mәrhәmәtli bir
üsul fikirlәşә bilmәdin? Razıyam, sevgidә tәkcә yalan
yox, deyilmәyәnlәr dә, sәmimi olmayan nә varsa riya-
karlıqdı, intәhası, bәzi şәraitdә, mәnә elә gәlir, canıya-
nanlıqla susmaq söz ağrısının günahını yuya bilәr. Sәnә
bәraәt qazandırmaq istәyәrdim, ancaq hәyәcan vә incik-
lik buna imkan vermir. Bu zәhlәm gedәn adi televi-
zorun, unutqanlığına sәbәb olmağı isә mәni lap mәyus
edir. Razıyam, mәndә mazoxistlikdәn nәsә var, ancaq
cavab ver görüm, özünә ürәyi yanmayan, özünü qur-
banlıq hiss elәyәn adama özgә nә qalır ki?
   154   155   156   157   158   159   160   161   162   163   164