Page 161 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 161
Altmış yaşlı həyat aşiqinin məktubları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Hepatitin necәdi, sevgilim mәnim? Transaminazaya
nәzarәt elәyirsәnmi? Sәndәn arxayın ola bilәrәmmi?
Yalnız sәni düşünәn

E.S.

3 oktyabr

Bir müddәtdi bizә nә olub, sevgilim? Doğrudanmı 161
mәn bu qәdәr kobud vә diqqәtsiz olmuşam ki, hәr dәfә
inciklik üçün sәnә bәhanә verirәm? Transaminaza
barәdә tez-tez soruşduğuma görә sәni әsәbilәşdir-
mişәm? Axı bu mәsәlәdә israr etmәyim diqqәt әlamәtidi.
Tәbii ki, mәn hәkim deyilәm, bu sahәdә diletantam, axı
bu fermentә әsasәn hepatit haqqında fikir yürüdürlәr,
analizlәrdәn baş çıxarmağı isә hәr adam bacarar, özü dә
әvvәlki müayinәlәrin nәticәsi mәlum olduğundan,
müqayisә mümkündür. Belә boş şeylәrә görә acığın
tutmasın, sevgilim. Sәnin sağalmağa getdiyini bilmәk
mәnim üçün kifayәtdi, amma, tәbii ki, hәftәlәrlә sәndәn
bu maddә haqqında dәqiq mәlumat ala bilmәyәndә
narahat oluram.

Fotoşәkil mәsәlәsindә xәtrinә dәydiyimә görә
peşmanam, ancaq vәziyyәtimi başa düşmәlisәn. Mәnim
ev qulluqçum Kerubina yaxşı qadındı, müәyyәn mәna-
da ağıllıdı, ancaq öz dövranını sürmüş bütün dul qa-
dınlar kimi qeybәti xoşlayır vә әgәr sәnin çimәrlik
paltarındakı şәklini güllә bәzәsәydim, yarım saatdan
sonra bütün kәnd bundan xәbәr tutardı. Əzizim, başa
düş, mәn belә şeylәri heç dә eynimә almıram, ancaq
burda, Kremanesdә, başqa Kastiliya kәndlәrindә olduğu
kimi, belә hәrәkәt düzgün anlaşılmazdı. Bikinini çimәr-
likdә, ya gәlmәlәr öz hovuzlarında geyinәndә yerlilәr
buna pis baxmır, ancaq “bizim Euxenio” – mәni burda
belә çağırırlar – yarıçılpaq çimәn qadına vurulsun, üstә-
lik, şәkli hәyasızcasına nümayiş etdirsin – bunu bizdә,
   156   157   158   159   160   161   162   163   164   165   166