Page 165 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 165
mış yaşlı həyat aşiqinin məktubları

tәxirә salmaq niyyәtilә deyil, sәnin sağlamlığının MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
qayğısına qaldığım üçün bunları deyirәm. Mәnimlә
danışmaq istәdiyini yazırsan. Axı bir neçә aydı elә mәn 165
dә buna can atıram. Yarım il yazışmadan sonra şәxsәn
görüşmәk, mәnim fikrimcә, vacibdi, gün keçdikcә dә
daha lazımlı olur. Ancaq gәl tәlәsmәyәk. Bu qәdәr
mәhdudiyyәtlәrdәn, ehtiyatkarlıqdan sonra, әgәr bu,
xәstәliyin tәkrar qayıtmasına sәbәb ola bilәrsә, hadi-
sәlәrin gedişatını niyә tәlәsdirәk? Doğrudu, hepatitdә,
adәtәn, kәskinlәşmә olmur; bәs birdәn olsa? Gәl ehtiyatı
әldәn vermәyәk, hәyatım mәnim, hәr şeyi bir dә ölçüb-
biçәk. Əgәr heç nәyә baxmayaraq, öz tәklifinin üstündә
duracaqsansa (öz gücünü sәndәn yaxşı kim bilәr), köhnә
planı dәyişmәyәk: 15-dә gündüz saat ikidә “Milano”
restoranında. Ancaq xahiş elәyirәm, qәrar qәbul elә-
mәmişdәn әvvәl yaxşı-yaxşı düşün. Ayın düz 15-dә ra-
neti yığmaq istәyirdim, ancaq alma gözlәyә bilәr.
Bilirsәn, bu il kalvil nә qәdәr bar gәtirib? Altı yüz әlli
kilo. Bu, orta mәhsuldarlıqdan azdı vә әgәr alverçilәrin
tәklif etdiyi kimi on pesetdәn getsә, Anxel Damian vә
başqa dostların etdiyi kimi, onları kәnddә saxlamaq
daha düzgün olardı.

Amma öz mәsәlәmizә qayıdaq. Oğlun Federikonun
sәni müşayiәt elәyә bilmәyәcәyinә sәmimi-qәlbdәn
tәәssüflәnirәm. O, axırıncı kursdadı? Hә, bir şey dә
deyim: bizi Madriddә gözlәyәn imtahandan sonra әgәr
hәr şey yaxşı keçsә vә sәn narazı olmasan, adәt elәdiyin
şәraitdә – Sevilyada! – sәni görmәk vә orda sәninlә bir
neçә hәftә qalmaq istәyәrdim. Hәmişә mәni özünә çәkәn
bu gözәl şәhәr, sәn orda yaşadığına görә, indi mәnim
üçün dünyanın mәrkәzinә çevrilib. Necә olsa da, әzizim,
sәbrini bas, hәr şeyi yaxşı-yaxşı düşün, şükür, hәlә vax-
tımız var vә ürәyinin istәyinә kor-koranә uyma.

Turşuluğum kәllәçarxa çıxıb. Mәdәm vulkan kimi
qaynayır.

Bütün varlığıyla sәnin olan
E.S.
   160   161   162   163   164   165   166   167   168   169   170