Page 170 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 170
yalan görmәdim, әksinә, mәnә daha yaxşını bağışlamaq

üçün daha yaxşı olmaq istәyi, mәnim kamil olmağım

üçün kamilliyә can atmaq istәyi gördüm. Bu da, is-

tәyirsiniz inanın, istәyirsiniz yox, mәhәbbәt duyğusunu

mәnә qaytardı, bikinidәki qıza qarşı ürәyimdә alovlanan

duyğulardan daha toxtaq olsa da, ondan daha tәmiz,

daha dәrin duyğular oyatdı.

Hә, senyora, mәnim fikrimcә, açıq danışmaq bizim

münasibәtlәrin pozulmasından sonra yeganә düzgün

yoldu. Vә yalnız bu әsasda, әgәr xarici görkәmim Sizdә

nifrәt oyatmırsa, ayağımızı yerә möhkәm basaraq, yazış-

mamızı davam etdirmәyә cәhd göstәrә bilәrik. Etiraf

edim ki, Sizә öyrәşmişәm, Sizә, Sizin hiddәtlәnmәyini-

zә, zarafatlarınıza, şikayәtlәrinizә ehtiyacım var vә bun-

ların hamısından birdәn-birә mәhrum olmaq, mәnim

üçün böyük itki olardı. Dünyada әn başlıca şey – özünә

hәmsöhbәt tapmaqdı. Danışmağa kimsәn varsa, hәyat

170 mәna kәsb elәyir. Əgәr bu adam yoxa çıxırsa, onda
neylәyәsәn? Əgәr istәsәniz, olanları götür-qoy edib, hәr

şeyi tәzәdәn başlaya bilәrik. Mәn öz tәrәfimdәn mәk-

tubunuzun axırıncı iki sәhifәsini görmәzliyә vura bilә-

rәm. Onlar Sizә layiq deyil.

Ayaqlarınızdan öpәn

E.S.

20 oktyabr

Senyora!
Zәrfi poçt qutusuna atmağa macal tapmamış,
gözlәnilmәdәn Baldomero Servinodan, müәllifliyi heç
bir şübhә doğurmayan, yersiz tәfsilatlarla dolu vә dost-
luğa sadiqliyini vurğuladığı bir mәktub aldım. Qәşәng
xәtt, mühakimәlәrindәki dolaşıqlıq, ikimәnalılıq – hamı-
sı onun şәxsiyyәtindәn xәbәr verir. Baldomero qәzetdә
boş yerә saç ağartmayıb ki. Bu mәktubdan sonra, nәha-
   165   166   167   168   169   170   171   172   173   174   175