Page 172 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 172
xarici görkәminә senzor işlәdiyi vaxtlarda qazandığı bir
şeytani xislәti dә әlavә etmәk lazımdı: qurbanının müda-
fiә gücünü tükәndirmәklә, başqasının ağlını özünә tabe
etdirmәk bacarığı. Çünki, senyora, nәhayәt, açıq deyәk
ki, Baldomero rәsmi senzor olub vә öz işini yaxşı bilib,
bu nifrәt oyandıran peşә isә vәrdiş yaradır, yalanla ağıl-
lara hakim olmağa, әzmәyә, öz fikrini yeritmәyә kömәk
edir. Onillәrlә bizim ölkәmiz şeytanlar ölkәsi olub, on-
ların arasında hökmranlıq edәn әn bacarıqlısı isә Baldo-
mero idi. Sözüm yoxdu, belә dәyişiklikdәn udan
oğlunuz Federiko olacaq! Baldomero Servinonun cazi-
bәsinә heç kimin davam gәtirә bilmәyәcәyini nә üçün
dediyimi indi başa düşürsünüzmü? Sizin növbәniz
çatdı, senyora, Siz – yeni, sonuncu qurbansınız. Görәsәn,
şeytanı, görәn, kim qovacaq? Öz pyedestalında durmuş
Baldomeronun – Müqәddәs Baldomero Stolpnikin! –
qarşısında Siz hәmişә itaәt edәrәk diz üstә yaşaya-
caqsınız. Fikirlәşmәyin ki, ümidsiz olduğuma görә belә
danışıram. Əgәr mәktublarımı tәzәdәn vәrәqlәmәyә
172 hövsәlәniz çatsa, Baldomero ilә dostluğumuzun bir baş-
qa mәziyyәtlәri olduğunu görәrsiniz. Mәn “dostluq”
dedim? Qoy dostluq olsun, ancaq o ağadı, mәn – nökәr;
o yuxarıdadı, mәn – aşağıda. İndi hәtta ilk gecә haqqın-
dan da istifadә etmәsi bunu bir daha tәsdiqlәyir. Qısası,
senyora, gec dә olsa, deyilmiş acı sözlәrә görә bağışlayın
vә hәr ikiniz xoşbәxt olun.
Hörmәtlә,
E.S.