Page 177 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 177
tdan salınmış şahzadə
Uşağı ayaq üstә qaldırıb, ayaqlarını vә dalını sabun- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
ladı. Sonra dedi:
177
– Otur. Üzünü yuyanda zığıldamasan, senyor Aveli-
nodan süd almağa sәni dә aparacağam.
Uşaq dodaqlarını vә kirpiklәrini bәrk-bәrk sıxdı, Vi-
tora onun üzünü süngәrlә sürtdü. Uşaq bir neçә saniyә
nәfәsini saxlayıb, sonra çığırdı:
– Bәsdi, Vito, bәsdi!
Vitora onu qoltuğunun altından tutub qaldırdı.
Sonra çiyәlәk rәngindә dәsmala bükәrәk mәtbәxә
aparanda donna Paulinagildә yaşayan Loren meydan-
çanın arxa şüşә qapısından onu gördü vә әlini yellәyib
qışqırdı:
– Yatağan Kiko! Hәlә indi durursan?
Uşağı dәsmalla qurulayan Vitora pıçıldadı: “Lorenә
sabahın xeyir de”. Uşaq dәsmalın altından qışqırdı:
– Sabahın xeyir, Loren!
– Sabahın xeyir, bala, – Loren cavab verdi: – bizim
pişik ölüb! Bax!
Vә ona tüklü qara cındıra oxşayan bir şey göstәrdi.
Uşaq yük liftinin hәbsxana pәncәrәsinә oxşayan bar-
maqlıqları arasından baxıb soruşdu:
– Bәs o, niyә ölüb, Loren?
Loren şüşәni günәş şüası kimi dәlib-keçәn nazik
sәslә dedi:
– Kim bilir niyә? Sadәcә, vaxtı çatıb, vәssalam.
Tübiki әlindәn buraxmadan, uşaq yavaşca Vitora-
dan soruşdu:
– O nә deyir?
Vitora uşağa fikir vermәdәn Lorenә dedi:
– Sahibәn mütәәssir olacaq.
– Yәqin.
Loren pişiyin ölüsünü zibil yeşiyinә atdı.
– Onu axı basdırmaq lazımdı, Loren! – Kiko çığırdı.
– Sәn istәyirsәn biz bu murdarı basdıraq?
– Əlbәttә, –uşaq cavab verdi.