Page 181 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 181
tdan salınmış şahzadə

– Mәn әmәllicә lәngidim, indi südü verin, sonra MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Santines qalanlarını gәtirәr, – vә kağızı senyor Avelinoya
uzatdı. 181

Piştaxtanın küncündә dayanan qәhvәyi paltolu arıq
qız hiddәtlәndi.

– Ədәbsizә bax! – onun nazik sәsi eşidildi. – Senyor
Avelino, biz hamımız burda lәngimişik, mәn artıq on beş
dәqiqәdi burda dayanmışam. Əgәr hamı növbәsiz so-
xulsa…

Vitora qәzәblә ona sarı çevrildi:
– Sәfeh, sәn mumla!
Kiko alıcıların ayaqları arasından çıxıb, qorxa-qorxa
gözlәrini Vitoraya zillәndi. Senyor Avelino dillәndi:
– Sakit, sakit, hamıya çatar, – Vitoraya göz vurdu. –
O saat hiss olunur ki, dul qalacaqsan, hә?
Vitora kәdәrli-kәdәrli gülümsәdi.
– Sabahdan, – o dedi. – Yada salmasanız yaxşıdı,
senyor Avelino, siz necә pis adamsınız.
Kiko artıq onun yanındaydı; әlindәn çәkib pıçıltıyla
soruşdu:
– Senyor Avelino pisdi elә, Vito?
– Ağzını yum!
Senyor Avelino karamel bankasına tәrәf gedib,
Kikoya çubuqlu şirni uzatdı:
– Götür, balaca.
Vitora süd şüşәsini zәnbilә qoyub qapıdan çıxanda
dükançıya sәslәndi:
– Qoy Santines tәlәssin.
– Arxayın ol.
Kiko yumru sarı şirninin çubuğundan tutub gözü-
nün qabağında fırladırdı vә bu vaxt kimsә onun çәnә-
sindәn yapışaraq, başını qaldırmağa mәcbur elәyәndә,
o hirslәndi. Xәz paltolu bir senyora yuxarıdan-aşağı ona
baxıb gic-gic gülümsәyirdi.
– Yoxsa bu, “Taposı”nın direktoru senyora İnfante-
nin qızıdı? – o, Vitoradan soruşdu.
   176   177   178   179   180   181   182   183   184   185   186