Page 183 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 183
Taxtdan salınmış şahzadə MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kiko çubuqlu şirnini tәntәnәylә başının üstünә
qaldıraraq evә girdi. Birdәn bacısının yumru qarnına
baxıb dedi:
– Krisin duduşu yoxdu, elәdi, ana?
– Yoxdu, – Ana dilucu dedi.
– Bәs sәnin var?
– Yox, bu, ancaq oğlanlarda olur.
Kiko mavi gözlәrini heyrәtlә bәrәltdi.
– Demәk, atamda da yoxdu? – uşaq bәrkdәn dedi.
Saat 11:00
– Tәyyarәyә bax, Xuan, – Kiko dedi. 183
Diş pastasının tübikini iki barmağıyla tutub, mühәr-
rikin sәsini yamsılayaraq yerindә fırlanırdı; sonra tübiki
qırmızı metlaxın üstünә qoydu, irәli sürüyüb dayandı.
– Bax, Xuan, – o, tәkrar elәdi, – indi isә tәyyarә yerә
endi.
Vitora diqqәtlә Xuana baxdı. Onun bәnizi ağarmış-
dı, qara gözlәri çuxura düşmüşdü.
– Uşaq arıqlayıb, – o, köks ötürdü. – Dәrhal hiss
olunur.
– Bax, Xuan, o, yerә endi! – Kiko qışqırdı.
Qızı çiyәlәk rәngli dәsmala bükә-bükә Ana dedi:
– O, sabah mәktәbә gedәcәk. Dünәn daha qızdırma-
sı yox idi.
Kiko tübiki götürüb, mühәrrik sәsi çıxararaq yenә
fırlandı.
– Bax, Xuan, nә yüksәyә qalxdı!
– Əl çәk, – Xuan donquldandı.
Xuanın qara gözlәri komiksin sәhifәlәrinә zillәn-
mişdi, dodaqları öz-özünә tәrpәnirdi: “Bizim qәhrәman
kameraların birinә girәndә, başından zәrbә alıb üzüüstә
yerә yıxıldı”. Kiko tübiki şalvarının cibinә qoyub, sakitcә
qardaşına yaxınlaşdı.