Page 188 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 188
– Aha, – Xuan gözünü jurnaldan çәkmәdәn dillәndi.
Divarda әsl atom bombası kimi suqızdıran böyük
kolonka ağarırdı, solda elektrik pilәtәsi, onun yanında
qırmızı qapaqlı pilәtәydi, bir az da solda arxa girişin şü-
şәli qapısı parıldayırdı, qapının yanındakı divarda qab-
yuyan maşındı, üstündә quruducu, bir az aralıda
әlüzyuyan, arxasından isә ütü otağına aparan qısa kori-
dor başlayırdı, anbarın vә xidmәtçilәr üçün vanna otağı-
nın da qapısı bu koridora açılırdı. Əlüzyuyanın soyuq
kranından hәmişә su damcılayırdı – “tap”, on saniyә
sonra yenә “tap”, ancaq bunu hamı – uşaqlar, böyüklәr
susanda eşitmәk olurdu; hәrdәn Kiko öz hörmә ağ stulu-
nu kranın yanına sürüyüb gәtirir, oturub oynayırdı: çalı-
şırdı kranla bir yerdә “tap” desin vә onların “tap”ı
üst-üstә düşәndә, uzun bir “ta-ap” alınırdı, onda uşaq
әlinә vurub uğunurdu vә Krisi sәslәyirdi ki, o da gәlib eşitsin.
Pillәkәnә açılan qapının qarşısında iri ağ mәrmәr
188 stol qoyulmuşdu, stolun üstündәn Vitonun portağal,
alma, banan qoyduğu vaza, qәndqabı, duzqabı, quru-
dulmuş cökә çiçәyi vә Atanın, axşamlar şam yemәyin-
dәn sonra cövhәrini içdiyi, qurudulmuş boldo1
yarpaqları olan balaca şkaf asılmışdı. Qalan otaqlara
aparan qapının sağında isә, üstü rәqәmlәrlә, xәtlәrlә
bәzәnmiş şüşә çubuğu olan isitmә sisteminin tunc rәng
çәkilmiş qazanı dururdu. Çubuğun içindәki al-qırmızı
tel, soxulcan kimi yığılıb açılırdı.
Kiko ayağının ucuna qalxıb, qapının dәstәyini
itәlәdi. O, döşәmәyә baxa-baxa gedirdi vә birdәn yerә
çökdü, paslanmış ucu, yaşıl başlığı olan knopkanı götü-
rüb uşaq otağına qaçdı.
– Ana! – bәrkdәn qışqırdı. – Gör nә tapmışam!
Otağı tәmizlәyәn Ana tozsoranın uğultusundan
onu eşitmәdi. Birdәn uşağın açıq qapının ağzında, yelçә-
kәndә dayandığını görüb qışqırdı:
1 Boldo – Çilidə kol yarpaqlarından hazırlanan cövhər; mədə ağrılarında
istifadə olunur.