Page 190 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 190
– Mәnimdi, – Kiko cavab verdi.

– Ver dişlәyim.

– Vermirәm.

Qız sanki küçük kimi iy alıb sürünә-sürünә stolun

altından çıxdı vә zorla ayağa durdu. Kikonun sviterin-

dәn tutub aşağı dartdı.

– Ay-ay.

– Yox, – Kiko dedi, – yox, vermirәm.

– Di ver dişlәyim, – Xuan tәkrar elәdi.

– O, mәnimdi, – Kiko dedi.

Xuan әlini qısa şalvarının cibinә salıb çirkli neylon

kisә çıxartdı, ağzını açıb qırmızı karandaş qırığı, balaca

yazıpozan vә iki onsentimlik qәpik göstәrdi.

– Dişlәmәyә qoysan, karandaşı sәnә verәrәm, – de-

di.

Ancaq Kiko artıq şirnini sorurdu vә şәffaf kağızını

qopartmaq üçün hәrdәn ağzından çıxarırdı. Qardaşının

190 sviterindәn çәkmәkdәn yorulan Kris ağlamağa başladı.
– Yazıpozanı da üstündә verәrәm, – Xuan onu dilә

tutdu.

Kiko tәntәnәylә gülümsәdi; o, yenә şirnini bayraq

kimi başının üstünә qaldırıb, şirәli dodaqlarını yaladı.

– Bu, mәnim şirnimdi, – o, tәntәnәylә dedi. – Bunu

mәnә dükandakı senyor verib.

Xuan udquna-udquna qardaşına baxırdı; birdәn

Kikoya tәrәf atılıb, şirnini dişlәyәrәk tez dә ona qaytardı.

Şәffaf yastı disk buz parçası kimi çat-çat oldu, yanı qop-

muşdu, bunu görәn Kiko göz yaşları içindә hirslә Xuanı

tәpiklәdi. Qız da onun yanında dayanıb, koppuş әllәrini

şirniyә uzadaraq hönkürürdü. Bu yerdә qapı qәfildәn

taybatay açıldı, qırmızı-yaşıl xalat yel kimi mәtbәxә

cumdu vә acıqlı sәs eşidildi:

– Bu nә hay-küydü? Burda nә baş verir?

Krisin әli hәlә dә göydә qalmışdı, Kikoyla Xuan isә

bir-birlәrini günahlandırırdılar vә nәhayәt, qırmızı-yaşıl

güllәrin qolundan әl uzanıb şirnini aldı. Ana dedi:
   185   186   187   188   189   190   191   192   193   194   195