Page 191 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 191
Taxtdan salınmış şahzadə

– Elәdisә, heç kimin olmayacaq, hamı da razı qala- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
caq.

Qapı örtülәndә, mәtbәxә ani sükut çökdü; bir
dәqiqә sonra Xuan әlini әlinә sürtә-sürtә Kikoya dedi:

– Di başla, mәn atәş açacağam.
Kiko yerindәn qopub, çığıra-çığıra ütü otağına
cumdu:
– Kömәk edin, öldürürlәr!
– Ta-ta-ta-ta, – Xuan nişan alaraq xәyalındakı avto-
matdan atәş açdı, Kristina isә Xuana baxıb tәkrar elәdi:
– Dә-dә-dә.
Qız gülümsәdi vә onun qarabuğdayı yanaqlarında,
dirsәyindә olduğu kimi, çökәklәr әmәlә gәldi.

Gündüz saat 12:00

Yük liftinin onların mәrtәbәsindә dayandığını 191
eşidәn Kiko iki qırmızı şkaf arasındakı sığınacağından
çıxıb, Santinesin әrzaq dolu qutunu liftdәn meydançaya
daşıdığı vaxt şüşә qapını açdı. Ancaq birdәn qutu pilә-
tәyә toxunub, kәnara düşdü vә Santinesin iki barmağı
mәftil torun arasında qaldı. Oğlan göynәyәn barmaq-
larını qeyri-ixtiyari ağzına soxub hirslә donquldandı:

– Əclaf, ağrıtdı.
Kiko ondan gözünü çәkmirdi vә Santines kimi, o da
sifәtini ağrıdan turşutdu, xidmәtçi barmaqlarını boz ön-
lüyünә sürtәndә isә Kiko özü dә hiss etmәdәn onun hә-
rәkәtini tәkrarlayıb, barmaqlarını velvet şalvarının
yumşaq qırışlarına sürtdü.
– Salam, – o, axır ki, dillәndi. – Anan evdәdi?
Kiko başını tәrpәtdi. Xuan onların sәsini eşidib, ko-
ridorun qapısını açaraq qışqırdı:
– Ana, dükandan gәliblәr!
Ancaq mәtbәxә Vitora girdi vә narazı halda
Santinesdәn soruşdu:
– Avara, bundan gec gәlә bilmirdin? Gör saat ne-
çәdi?
   186   187   188   189   190   191   192   193   194   195   196