Page 193 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 193
tdan salınmış şahzadə

– Böyük nailiyyәtdir! MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Doğrudu, Vito, yerimi islatmamışam?
– Doğrudu, әzizim. 193
Santinesin ona fikir vermәdiyini görüb, Kiko yenә
onun köynәyindәn çәkdi:
– Bәs sәn mәktәbә getmirsәn?
Santines qımışıb, ciddi tәrzdә cavab verdi:
– Yox, cavan oğlan, mәn mәktәbә getmirәm.
– Çünki sәn özünü pis aparırsan?
– Kim, mәn? – Santines әlini sinәsinә döydü. – Mәn
özümü hamıdan yaxşı aparıram.
Vitora qutunu ona uzatdı:
– Götür, tezcә әkil burdan.
Santines istehzayla üz-gözünü әyişdirdi:
– Doğrudan, mәni sevirsәn?
Vitora şüşә qapını hirslә çırpıb, onun arxasınca
qışqırdı:
– Çox lazımıydı, burnufırtıqlı uşaq.
Santines qutunu çiyninә atıb, qızı cinlәndirmәk
üçün qapının o üzündә sol әlini әyәrәk әsdirir, әdәbsiz-
cәsinә gülürdü. Vitora hirslә deyindi:
– Günlәrin bir günü onun başını әzәcәyәm, ya nәsә
bir şey elәyәcәyәm.
O, pilәtәnin altındakı qapını açıb, vedrәni çәkәrәk
içinә kömür tökdü.
– Qızdırıcını yandıracaqsan, Vito? – Kiko soruşdu.
Qızın hәrәkәtlәri әsәbi idi, hirsini zorla boğurdu.
Qırmızı-yaşıl güllü xalat birdәn mәtbәxә girdi.
– Domi hәlә gәlmәyib?
– Özünüz görürsünüz.
– Mәgәr hәlә on iki deyil?
– Çoxdan on iki olub.
Kiko qızdırıcının qazanına yaxınlaşıb, onu açmağa
çalışdı. Ancaq qapaq açılmaq bilmirdi, onda hәr iki әliylә
rәzәdәn tutub, var gücüylә yuxarı dartdı. Qapaq açılıb
   188   189   190   191   192   193   194   195   196   197   198