Page 195 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 195
tdan salınmış şahzadə

Uşaq başını әyib, әvvәl bir әlini, sonra o biri әlini MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
şalvarına çәkdi.
195
– Vito, bir әlini vur, – o dedi, – heç islatmamışam.
– Kaş hәmişә belә ola, – Vitora dillәndi.
Alov uğultuyla yanırdı; sanki Vitora tufanı konserv
qutusuna soxmaq istәyirdi.
– Şeytan! – birdәn Xuan qışqırdı. – Şeytanı gördün,
Kiko?
– Yox, – Kiko mәyus halda dedi.
Üç uşaq ovsunlanmış kimi alovdan gözlәrini
çәkmirdilәr. Kikonun gözlәri qorxuyla parıldayırdı. Ona
yazığı gәldiyindәn Vitora dedi:
– Bu, şeytan deyildi, tüstü idi.
– Mavrik deyil? – Kiko şübhәylә soruşdu.
– Mavrik niyә?
– Çünki o, qaradı.
Vitora kömürü xәkәndazla götürüb odun üstünә
atdı, alov sәngidi, kömür isә qızardı. Uşaqların marağı
öldü. Vitora odluğu doldurub, qapağı örtdü. Kiko Xuan-
dan soruşdu:
– Xuan, şeytanın qanadları olur?
– Bәs necә.
– O, bәrk uçur?
– Aha.
– Əgәr mәn özümü pis aparsam, şeytan arxamca
gәlib mәni cәhәnnәmә aparacaq?
– Əlbәttә.
– Bәs şeytanın buynuzu var?
– Var.
– Bәs duduşu?
Xuan tәәccüblә çiyinlәrini çәkdi.
– Bilmirәm, – o, etiraf elәdi.
Vitora pilәtәnin yanında әllәşirdi; dәmkeşin birinә
alümin qazan qoyulmuşdu, ondan buğ qalxırdı; Vitora
başqa qazanı iri dәmkeşә qoydu. Bu yerdә qapını döy-
dülәr. Vito başını azca geri әydi.
   190   191   192   193   194   195   196   197   198   199   200