Page 199 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 199
tdan salınmış şahzadə
Vitora qırmızı başlıqlı pilәtәylә elektrik pilәtәsi, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
elektrik pilәtәsiylә boşqabqurudan, boşqabqurudanla
şkaf, şkafla anbar, anbarla qazan, qazanla yenә qırmızı 199
başlıqlı pilәtә arasında vurnuxurdu. Hәrdәn-hәrdәn
köks ötürüb deyirdi: “Ah, İlahi!” Mahnıya qulaq asmağa
başlayandan daha tez-tez vә daha dәrindәn köks ötürür-
dü. Kiko ondan gözünü çәkmirdi vә axır ki, dedi:
– Vito, bәs Kuki bibi mәnә tapança alacaq?
– Tapança?
Uşaq tәbәssümlә başını tәrpәdib alt dodağını
dişlәdi. Vitora soruşdu:
– Axı tapança nәyinә lazımdı?
– Hamını öldürmәk üçün.
– İşә bir bax! Vitonu da?
Kiko yenә başını tәrpәdib, alt dodağını dişlәdi.
Domi söhbәtә qarışdı:
– Elә öz çәrәnlәmәyilә sәni o dünyaya göndәrәr.
Kristina zığıldayıb, döşәmәyә düşmәk üçün Do-
minin qucağında çırpındı. Qarı donquldana-donqul-
dana ayağa durdu: “Şeytan qızcığaz, indi sәnә nә
lazımdı?” Kiko yenә Domiyә tәrәf döndü:
– Domi, biz şeytanı gördük.
– Doğrudan?
– Aha, suqızdırıcısında, elәdi, Vito?
Radio deyirdi: “Afrikaya gedәn Xulio Arqosa dost-
larından: “Tәrlan quşum” mahnısına qulaq asın”.
Vitora tranzistorun sәsini qaldırdı.
– Bu mahnıdan ötrü ölürәm, – dedi, – Femio da
çox…
Domi cavab vermәk üçün ağzını açmışdı ki, Kiko
sarışın başını onların arasına soxub dedi:
– Hә, Domi, şeytan qaraydı, qanadları, buynuzu
varıydı…
Domi özündәn çıxdı:
– İtil burdan, yoxsa bu saat…