Page 203 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 203
tdan salınmış şahzadə
barmaqlarının arasında göyümtül tüstü burumları MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
qalxan siqaret tutmuşdu. Ancaq sәsi dәyişmәmişdi.
203
– Sizә yüz dәfә demişәm, evdә topla oynamırlar. –
Uşaqlara tәpinib, Domiyә tәrәf döndü: – Bәs siz burda
nә üçünsünüz?
– Senyora, – Domi dedi, – siz elә bilirsiniz, onlar
mәni eşidirlәr?
Ana onlara tәrәf әyilib hirslә dedi:
– Sizi bir dә evdә oynayan görmәyim, oldu? Gәlәn
dәfә cibxәrcliksiz qalacaqsınız.
Kiko başını qatmaq üçün beş dәqiqә künclәrdә
eşәlәndi. Xuan üz qabığında “Uzaq Qәrbin fәthi” yazıl-
mış iri kitabı rәfdәn götürdü. Stulda oturub kitabı açdı
vә ilk rәsmә dikilәn qara gözlәri ilk sәtri su kimi içdi:
“Yüz otuz il әvvәl “Uzaq Qәrb” sözü bәyaz adamlar
üçün sirr pәrdәsinә bürünmüşdü…”
Kiko üçtәkәrli qırmızı velosipedә dırmaşıb, “trın-
trın-trın” elәyә-elәyә pedalı geriyә fırlayaraq arxaya
sürdü, sonra güllә kimi koridora çıxdı. Mәtbәxә açılan
qapının ağzında sükanı döndәrib otağa girdi. Şkafdan
divarları uçmuş istehkamı çıxartdı, ip tapıb istehkamı
oturacağa bağladı, velosipedә minәrәk koridora sürdü.
İstehkam atılıb-düşәrәk “tak-tak-tak” tıqqıldayırdı,
qabaq tәkәrin oxları isә yağlanmadığından, “xırç-xırç-
xırç” elәyirdi vә Kiko öz-özünә dedi: “Gözәl musiqidi”.
O, necә atılıb-düşmәyinә baxmaq üçün hәrdәn mәm-
nun, gülümsәr çöhrәsini döndәrib velosipedә bağlanmış
istehkama baxırdı. O, nәhayәt, qışqırdı:
– Xuan, qoşqulu yük maşını!
Birdәn dәhlizdәki pәrdәnin arxasında tozsoranı
görüb, velosipeddәn düşәrәk rezin borunu götürdü vә
yenә velosipedә mindi. Otağa qayıdanda istehkamı ve-
losipeddәn açıb, öz-özünә: “İndi benzin tökmәk lazım-
dı”, – dedi vә yenә velosipedә minib әlindә boru çәhrayı
vanna otağına sürdü. Orda velosipeddәn düşüb kranı
boruya salmaq istәdi, ancaq bunu bacarmadı. Sonra kra-