Page 205 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 205
tdan salınmış şahzadə

“ta-ta-ta-ta” elәyәn Xuana baxırdı. Nәhayәt, anası ondan MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
әl çәkdi. Kiko qaçıb Markosun çarpayısıyla şkafın
arasına girdi; Merçe onu görüb, yaxınlaşaraq başını 205
sığalladı:

– Hә, necәsәn, cırtdan?
O, bacısına çәp-çәp baxıb, birdәn qışqırdı:
– Zibil, murdar, iyrәnc!
– Bizim balacanın bu gün kefi yoxdu, – qız tәkәb-
bürlә arxasını ona çevirdi.
– Anam mәni döydü, – axır ki, Kiko etiraf etdi.
Merçe portfelini rәflәrin birinә qoyub, paltosunu vә
formalı beretini çıxardaraq Markosun çarpayısına atdı.
Onun hәrәkәtlәrindә bir naz-qәmzә hiss olunurdu. Xuan
yaxına gәlib dedi:
– Əmәllicә payını aldı!
– Nәdi, yerini isladıb? – Merçe soruşdu.
– Yox, ona görә yox, – Xuan cavab verdi.
Kiko küncdәn çıxıb dedi:
– Mәn ancaq bu gün yerimi islatmamışam.
Merçe inamsız halda gülümsәdi.
– Aha, doğrudu, – Xuan tәsdiqlәdi. – O, bu gün
yerini islatmayıb.
Koridordan lәzzәtli yemәk qoxusu gәlirdi. Markos
içәri girәrәk, portfeli göyә atıb top kimi tutdu.
– Markos! – Kiko qışqırdı. – Donna Paulinanın pişi-
yi ölüb!
– Doğrudan?
– Hә. Loren dә onu zibilxanaya tullayıb. Sonra şey-
tan gәldi, götürüb onu cәhәnnәmә apardı, Xuan özü
gördü, hәlә ifritә dә uçub gәlmişdi…
– Pablo hәlә gәlmәyib? – Merçe soruşdu.
– Yox, – Markos cavab verdi.
Merçe koridora çıxanda qapıdan girәn Pablo ilә
toqquşdu vә kitabı açaraq ona dedi:
– Pablo, zәhmәt olmasa, bunu mәnә başa sal, burda
bir sözü dә başa düşmürәm.
Pablo artıq kişilәşmiş sәslә dedi:
   200   201   202   203   204   205   206   207   208   209   210