Page 201 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 201
tdan salınmış şahzadə

– Dayan, – Xuan dedi. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kiko yeni әylәncәni xәyalına gәtirib gülümsәdi.
Xuan isә stulun üstünә çıxdı, gücü çatdıqca abajuru kә- 201
nara çәkib, birdәn buraxdı. Abajur böyük qövs cızıb kәf-
gir kimi yırğalandı. Xuan stuldan sıçrayıb, qardaşına
qoşuldu, Kiko isә gülümsәyә-gülümsәyә gah ona, gah
lampaya baxıb dedi:
– Nә gözәl mәlәkdi, hә, Xuan?
Xuan fikrini toplayırmış kimi, gözlәrini qıydı.
– Ay sәni!– o, birdәn dedi, – yaxşı bax, bu axı mәlәk
deyil, şeytandı!
Kiko ona sığındı.
– Yox, Xuan, bu, şeytan deyil, – yalvarışla dedi.
– Şeytandı, – Xuan tәkrar elәdi, – bax, onun buy-
nuzu, qanadları var, özü dә yel kimi uçur.
Kiko onun cemperindәn yapışdı:
– Yox, şeytan deyil, hә, Xuan?
Xuan sözünün tәsirini artırmaq üçün üz-gözünә
qorxunc ifadә verdi.
– Yaxşı bax, görürsәn, necә hirslәnir?
Kiko ona daha bәrk-bәrk sığındı.
– Pәncәrәni aç, Xuan, – titrәk sәslә xahiş etdi, – bu,
şeytandı. İfritә dә burdadı. Domi elә dedi.
Ancaq Xuan, әksinә, pәncәrәni açmaq fikrindә de-
yildi.
– Şeytan sәnin dalınca gәlib, saçlarından yapışıb
cәhәnnәmә aparacaq, ona bax bir!
Kiko titrәyirdi. Hәr iki әliylә qardaşından yapışıb
inildәdi:
– Aç, aç, Xuan!
– Bax, bu da ifritә! – Xuan abajurun divarda yır-
ğalanan kölgәsini göstәrib çığırdı.
Kiko qorxudan ayaqlarını yerә döyüb zır-zır ağladı.
– Aç, pәncәrәni aç, Xuan! – o, fәryad qopardı.
Qızcığazın әlindәn tutmuş Domi içәri girdi.
   196   197   198   199   200   201   202   203   204   205   206