Page 197 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 197
tdan salınmış şahzadə

– Yer olmadı? MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Mәnim Pepem doğru deyir: indi dәlixanaya da
ancaq tanışlıqla düşmәk olar. 197
Domi dәrindәn köks ötürdü vә göz yaşı, axır ki,
yanaqlarından sürüşüb dodaqlarının küncündә dayandı
vә qarı göz yaşını әlinin arxasıyla sildi. Yanında dayanan
Kiko başını qaldırıb ona baxdı:
– Domi, mәn bu gün yerimi islatmamışam.
Domi onun sarışın saçlarını sığalladı.
– Gör ha, necә qoçaqdı!
Vitora söhbәtә qoşuldu:
– Elәdir ki var, senyora Domi, biz zarafat elәmirik:
Kiko bu gün yerini islatmayıb, gündüz dә hәlә piş elә-
mәyib.
Kris әlini Domiyә uzatdı, Domi qızcığazı qucağına
götürüb, yanaqlarından bәrk-bәrk öpdü. Ana dedi:
– Mәn senyorla danışaram, bәlkә, o, nәsә elәyә bildi.
Domi dua elәyirmiş kimi, astadan dedi:
– Allah elәdiklәrinizin әvәzini versin, – xalat gözdәn
itәn kimi, tamam başqa tonla Vitoraya dedi: – Odun
üstünә bir az süd qoy.
Vitora köks ötürdü. Birdәn nәsә xatırlayıb, ağ şkafa
tәrәf döndü, gözlәrindәn birini açıb, tütün rәngli köhnә
çexoldan tranzistor çıxarıb işә saldı. Diktor ciddi bir
sәslә burnunda danışaraq dedi: “Afrikada qulluq elәyәn
Xenuino Alvares üçün özü bildiyi bir adamın xahişiylә
“Mәn evdәn gedәndә” mahnısını sәslәndiririk”. Ciddi,
sakit bir mahnı idi. Vitora әlini sinәsinә aparıb dedi:
– Ah, İlahi, adamın ürәyini göynәdir.
Kiko ona yaxınlaşdı.
– Bu, Femidu, Vito?
– Hanı, oğlum?
– Bu da, oxuyan.
– Yox, әzizim, ancaq elә bil, doğrudan da odu.
Domi durub vazadan banan götürdü. O, başdan-
ayağa qara geyinmişdi – qara paltar, qara corab, qara
   192   193   194   195   196   197   198   199   200   201   202