Page 198 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 198
başmaq. Belinә isә ağ önlük bağlamışdı. Yenә oturub, qı-
zı dizinin üstünә alaraq dedi:

– Mәnim dәrdim sәninkindәn betәrdi. Mәnimki
daha qayıtmayacaq.

Vitora hәyәcanlandı:
– Oy, senyora Domi, bu iş üçün siz artıq qocasınız.
– Mәn qocayam?
– Bәlkә düz demirәm?
Kiko yaxına gәldi. Xuan yenә “Naşı Kazak”a giriş-
mişdi. Kiko dedi:
– Domi, sәn qoca olduğuna görә tezliklә ölәcәksәn?
– Get burdan! İlahi, bu nә pis uşaqdı! Tualetә get-
mәk istәmirsәn?
– Yox, Domi.
– Yadında saxla, әgәr şalvarına qaçırsan, duduşunu
kәsәcәyәm, bildin?
– Hә, Domi.
Birdәn Kikonun gözlәri işıqlandı.
198 – Domi, bilirsәn, Mavrik ölüb?
– Mavrik? Pişiyi deyirsәn?
– Aha.
Domi Vitoraya sarı döndü:
– Qoca ifritә yәqin özündәn çıxıb.
– Çıxıb da sözdü!
– Hansı ifritә, ifritә hanı, Domi? – Kiko tezcә soruş-
du.
– Of, yaxamdan әl çәkәcәksәn? İmkan vermәz nәfәs
alaq, – vә yenә Vitoraya sarı çevrildi: – Orda nәlәr baş
verdiyini tәsәvvür elәyirәm.
Kris zığıldadı vә Domi onu dizinin üstündә yırğa-
laya-yırğalaya oxudu: “Hoş-hoş-hoş, mәnim eşşәyim,
yortaq Vifleyemә…” Qızcığaz başını qarıya söykәyib,
gözlәrini yumdu. Domi dedi:

– Əmәllicә yatır.

Radio deyirdi: “Esekizlina Qutyerresә iki yaşı

münasibәtilә ata vә anasından sevgiylә. “Bәnövşә satan

qız” mahnısına qulaq asın”.
   193   194   195   196   197   198   199   200   201   202   203