Page 194 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 194
barmağına dәydi. Kiko barmağını ağzına soxub zığıl-

dadı:

– Əclaf, ağrıtdı!

Qırmızı-yaşıl güllü xalat hirslә ona tәrәf әyildi.

– Sәn nә dedin? – anası soruşdu. – Mәgәr bilmirsәn,

belә söz demәk olmaz? Bu, böyük günahdı.

Qazanın böyründә domuşan Vitora bic-bic uşağa

baxaraq bәrkdәn dedi:

– Uşağın danışığına bir bax ! Görәn, belә pis sözlәri

harda eşidir?

Güllü xalat dikәldi, Kiko ilә Xuan isә stolun

böyründә büzüşdülәr. Ana dedi:

– Bunu mәn soruşuram. Belә şeylәri kim ona öyrәdә

bilәr?

Vitora azca qızarmış göyümtül-boz gözlәriylә ona

baxdı.

– Əgәr mәni nәzәrdә tutursunuzsa, – dedi, – yanı-

194 lırsınız.
Xuan azca әyilib, Kikonun qulağına pıçıldadı:

“Əclaf ha”. Kiko hiylәgәrcәsinә ona baxıb güldü vә

qazanın yanına gәlәn bacısının әlindәn tutdu. Vitora

dünәnki qәzeti bükmәlәdi, üstünә bir neçә talaşa qoydu,

kibrit çәkib alışdırdı. Alov qıvrılaraq uğultuyla yuxarı

qalxdı.

– Bu, cәhәnnәmdi, – Xuan dedi

Kiko şübhәylә ona baxdı:

– Cәhәnnәm budu?

Qırmızı-yaşıl güllü xalat mәtbәxdәn çıxanda Vitora

dedi:

– Hә, cәhәnnәm böyük olsa da, belә olur. Yerini is-

latsan, ya belә sözlәr danışsan, ora düşәcәksәn.

Kiko mısmırığını salladı.

– ”Əclaf” desәm, cәhәnnәmә düşәcәyәm?

– Elәdi.

– Şalvarımı islatsam da?

– Əlbәttә.
   189   190   191   192   193   194   195   196   197   198   199