Page 189 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 189
tdan salınmış şahzadə

– Çәkil ordan! Demirsәn, xәstәlәnәrsәn? MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kiko yaşıl knopkanı ona uzatdı.
– Al, – dedi. 189
Ana tozsoranı söndürüb, ona yaxınlaşdı. Sağ әlindә
siqaret tutmuşdu.
– Nә olub? – Ana soruşdu.
– Bax, nә tapmışam.
Ana paslı knopkaya baxdı.
– Çox gözәl, – dedi, – sәn yaxşı uşaqsan. İndisә get.
– Yoxsa Kris onu uda bilәrdi, elәdi, ana? – Kiko
yerindәn tәrpәnmirdi.
Ana siqareti dişlәrinin arasında sıxıb, tozsoranın
borusunu yenә әllәrinә götürdü.
– Əlbәttә, – mehribancasına dedi. – İndi get.
– Kris onda ölәrdi, hә, ana?
– Hә, hә, – Ana sәsini qaldırdı.
– Mavrik kimi, elәdi, ana?
Ana siqareti ağzından götürüb, bomba kimi
partladı:
– Sәn mәndәn әl çәkәcәksәn?!
Kiko qaşqabağını töküb mәtbәxә qayıtdı. Qız stolun
altından ona baxıb dedi: “Dә-dә-dә”, ancaq uşaq ona fi-
kir vermәdәn xidmәtçilәr üçün olan vanna otağına getdi,
şalvarını çәtinliklә aşağı salıb unitaza şırıldatdı. Sonra
ütü otağına girdi, küncdәki şkafı qurdalayıb, dәmir
qutudan çubuqlu sarı şirni çıxartdı. Özündәn razı halda
gülümsәyib, mәtbәxә keçdi, şirninin kağızını açıb, Xua-
na dedi:
– Gör mәnim nәyim var!
Xuan heç nәyә fikir vermәdәn oxuyurdu: “Dostum,
indi sәnin alnına güllә sıxmaq xoşbәxtliyi mәnә qismәt
olacaq”.
– Xuan, – Kiko şirnini tәntәnәylә başı üstündә fırla-
daraq tәkrar elәdi: – bax!
Xuan başını qaldıran kimi qara gözlәri parıldadı.
– Bu kimindi? – soruşdu.
   184   185   186   187   188   189   190   191   192   193   194