Page 184 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 184
– Maraqlıdı? – soruşdu.

– Aha , – Xuan qeyri-ixtiyari dedi.

Kiko barmağını uzadıb, ehmalca sәhifәyә toxundur-

du.

– Bu kimdi? – soruşdu.

– Yaşıl Kazakdı, – Xuan cavab verdi.

– O, pis adamdı?

– Yox, yaxşıdı.

– Bәs bu?

– Bu Tanqdı, adamların әn pisidi. Dәniz quldurları-

nın başçısıdı.

Kiko tübiki cibindәn çıxarıb, qapağını açdı.

– Mәn topumdan atәş açıb, onu öldürәcәyәm.

– Get burdan, – Xuan sәhifәdәn gözünü ayırmadan,

Kikonu ayağıyla itәlәdi.

– Əgәr o, pisdisә, niyә istәmirsәn onu öldürәm?

Xuan ona qulaq asmırdı. O, maraqla oxuyurdu:

184 “Mәni aldatmağa cәhd göstәrsәn, dәrhal atәş açacağam.
Adamlarına әmr et, silahlarını atsınlar!”

Vitora qazana süd tökürdü. Bir neçә damcı qırmızı

metlaxın küncünә düşdü. O, qazanı odun üstünә qoyub,

dәrindәn köks ötürdü.

Ana soruşdu:

– Sevedәn bir xәbәr yoxdu?

– Gәlmirsә, yәqin, anasının halı yaxşı deyil, – Vitora

cavab verib, daha dәrindәn köks ötürdü.

– Nәdi, artıq gedir? – Ana soruşdu.

– Hә, sabah… Hamısı bir-birinin dalınca.

Kiko hörmә kresloya dırmaşıb, barmaqlarını süd

damcılarına sürtdü. Yaxşı bir mәnzәrә düşünürmüş kimi

başını yana әydi, nәhayәt, qarışıq bir şey cızıb sevincәk

qışqırdı:

– Vito, Xuan, bu, San-Sebasdı!1

Xuan jurnalı döşәmәyә atıb, hәvәssiz halda metlaxa

yaxınlaşdı. Qaşlarını çatıb heroqliflәrә baxaraq hәqarәtlә

1 San-Sebas – Biskay körfəzinin sahilində şəhər
   179   180   181   182   183   184   185   186   187   188   189